Azərbaycan Dövlət İnformasiya Agentliyi

İşğal olunmuş ərazilərin azad edilməsi Azərbaycan iqtisadiyyatına nə vəd edir? – Təhlil

İşğal olunmuş ərazilərin azad edilməsi Azərbaycan iqtisadiyyatına nə vəd edir? – Təhlil

Bakı, 30 oktyabr, AZƏRTAC

Azərbaycan xalqı tarixinin ən yadda qalan və şanlı dönəmlərindən birini yaşayır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin strateji rəhbərliyi ilə Azərbaycan Ordusu vaxtilə nağıl kimi görünən həqiqətləri günbəgün bərqərar edir, işğal olunmuş ərazilərdən didərgin düşmüş əhalinin uzun illərki həsrətinə son qoyulur.

Hər gün yeni torpaqların işğaldan azad olunması ilə bağlı xoş müjdələrin gəldiyi bir vaxtda 27 il Azərbaycandan ayrı düşmüş, adları hər bir azərbaycanlının yaddaşında hifz olunan bu ərazilərin iqtisadi potensialı barədə yazmaq zamanı artıq yetişib. Əlbəttə, bu ərazilərin azərbaycanlılar üçün tarixi-mədəni əhəmiyyəti hər hansı iqtisadi dəyərlərdən qat-qat yüksəkdir. Son hadisələr də məhz buna dəlalət edir.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mövzu ilə bağlı şərhini təqdim edir.

Sirr deyil ki, 2020-ci il bütün dünya ölkələri üçün çətin keçir. Pandemiya, dünya iqtisadi böhranı əksər ölkələrin iqtisadi durumuna ciddi təsirlər göstərib, ölkələr planlaşdırdıqları irimiqyaslı siyasətləri təxirə salmaq, xərclərini tarazlamaq məcburiyyətində qalıb. Lakin, Azərbaycan dövləti və xalqı hər hansı iqtisadi, sosial və səhiyyə çətinliklərinə, müharibənin gətirdiyi maddi ziyanlara, çoxsaylı və çoxçeşidli maliyyə xərclərinə baxmayaraq, özünə qarşı edilmiş təcavüzə sipər gəlib və torpaqların azad edilməsi üçün əks-hücum əməliyyatına başlayıb.

Bu, bir daha Azərbaycan dövləti üçün tarixi-mədəni dəyərlərin və həqiqətlərin ali olduğunu nümayiş etdirir. Bununla belə, işğaldan azad olunan ərazilərin tarixi-mədəni dəyəri ilə yanaşı, zəngin iqtisadi potensialı da mövcuddur. Bu ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası ilə yaradılacaq yeni iqtisadi dəyər Azərbaycan dövlətinin çəkdiyi və bundan sonra da tərəddüdsüz və xüsusi fiskal gərginlik yaşamadan çəkəcəyi bütün maliyyə xərclərini dəfələrlə üstələyəcək.

Bəs işğaldan azad olunan ərazilərin iqtisadi potensialı nədən ibarətdir? İşğal olunmuş ərazilərin iqtisadi potensialının əsas parametrlərinə diqqət yetirsək görərik ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam (rayon mərkəzi və ərazisinin böyük hissəsi), Füzuli (rayon mərkəzi və ərazisinin böyük bir hissəsi) inzibati rayonları 1989-1993-cü illərdə Ermənistan tərəfindən işğal olunub və işğal tarixindən bu günədək talançılıq, qeyri-səmərəli istismar nəticəsində regionun infrastrukturu yox səviyyəsinə gətirilib. Bu səbəbdən, gələcək bərpa işləri ümumi infrastrukturun (yollar, qaz, su, elektrik enerjisi, rabitə) və ilkin yaşayış şəraitin qurulmasından başlamalı və sonrakı mərhələdə isə iqtisadi inkişaf layihələrinə keçilməlidir.

Regionun təbii landşaftı və turizm potensialı

İşğal olunmuş regionda müxtəlif təbiət abidələri, nadir bitki və heyvan növləri yayılıb. İşğal edilən Kiçik Qafqazın dağlıq zonası Azərbaycanın iri meşə rayonudur. Regionun ümumi meşə sahəsi təxminən 246,7 min hektardır, o cümlədən 13 min 197 hektarı qiymətli meşə sahələridir. Ölkəmizdə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi hazırda 890 min hektara çatdırılıb ki, bunun da 42 min 997 hektarı erməni işğalçılarının tapdağı altındadır.

Təbii landşaftı, nadir bitki və heyvanlar aləmini mühafizə etmək məqsədilə Kiçik Qafqazın işğal altında olan ərazilərində vaxtilə bir sıra qoruq və yasaqlıqlar təşkil olunub. Bunlardan Bəsitçay Qoruğunu, Laçın yasaqlığını göstərmək olar. Bəsitçay qoruğu Azərbaycanın cənub-qərbində bu günlərdə işğaldan azad edilmiş Zəngilan ərazilərində Bəsitçayın dərəsində 1974-cü ildə yaradılıb. Qoruğun sahəsi 107 hektardır. Burada qorunan obyekt Şərq çinarıdır. Çayboyu çinar meşəliyi 12 kilometr məsafədə uzanır. Burada bitən ağacların yaşı 500 ilə çatır və Şərq çinarı "Qırmızı kitab"a daxil edilib.

Laçın yasaqlığı Azərbaycanın işğal olunmuş Laçın rayonu ərazisində 1961-ci ildə təşkil edilib. Sahəsi 21,4 min hektardır. Yasaqlıqda dağ keçisi, cüyür, çöl donuzu, turac, kəklik mühafizə olunurdu. Eyni zamanda, Dağlıq Qarabağda yerləşən Şuşa şəhərinin füsunkar təbiəti də turizm baxımından əlverişlidir. Azərbaycanda yeganə olaraq Şuşa rayonu ərazisində bitən xarı bülbül Qarabağın rəmzi hesab olunur.

Sənaye potensialı

Sovet dövründə Dağlıq Qarabağ düzən Qarabağla və Azərbaycanın digər iqtisadi rayonları ilə sıx iqtisadi əlaqədə inkişaf edib. Bütün istiqamətlərdə keçən yollar bu iki ərazini iqtisadi cəhətdən bir-birinə möhkəm bağlayıb. Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunması və digər Azərbaycan rayonlarından ayrılması regionun əhalisi və təsərrüfatı üçün çox ciddi problemlər yaradıb. Uzun illərdən bəri Dağlıq Qarabağın ərazisində yerləşən müəssisələrin böyük əksəriyyəti Azərbaycanın rayonlarından gətirilən yanacaq, xammal və materiallar əsasında işləyirdi, bir çoxları isə Bakının iri müəssisələrinin filialları kimi fəaliyyət göstərirdi.

1985-ci ildə Qarabağın Xankəndindəki iri İpək Kombinatına daxil olan barama xammalının cəmi 8 faizi Dağlıq Qarabağın özündə istehsal olunurdu. Yerdə qalan 92 faizi isə Azərbaycanın digər rayonlarından gətirilirdi. Dağlıq Qarabağ Vilayətinin 1986-cı ildə həyata keçirdiyi xarici iqtisadi əlaqələrin həcminin cəmi 0,3 faizi, idxalının isə 1,4 faizi Ermənistanın payına düşdüyü halda, Azərbaycana onun ixracının 33,3 faizi düşürdü.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndi vaxtilə birbaşa Azərbaycan dəmir və şose yollarına və bütövlükdə respublikanın nəqliyyat-kommunikasiya sisteminə sıx bağlanıb. Xankəndindən dəmir yolu ilə Bakıya qədər olan məsafə 392 kilometrdir. Regionun gələcək inkişafında bu çox vacib amildir və infrastruktur layihələr sovet vaxtı mövcud olan nəqliyyat logistikasının xəritələrindən istifadə edə bilər. Təbii, zəbt olunmuş rayonlarda illərdən bəri fəaliyyət göstərən vahid nəqliyyat-kommunikasiya sistemi Ermənistanın təcavüzü nəticəsində hazırda dağıdılmış və bərbad vəziyyətdədir.

Bu məqalədə zonanın sənaye potensialına 4 bucaqdan baxılır, mövcud olan digər inkişaf aspektləri isə gələcəkdə daha böyük tədqiqatlarla açıqlanacaq. Beləliklə, ilkin baxışda zəngin su təchizatı, elektrik enerjisi, sənaye rekreasiya imkanları və zəngin faydalı qazıntılar azad olunan ərazilərin sənaye potensialının karkasını təşkil edir.

 

Su təchizatı imkanları

Bütün dünyada iqlim dəyişikliyi və onun nəticəsində su qıtlığı ən aktual problemlərdən biridir. Su qıtlığı Azərbaycan üçün də önəmlidir. Sirr deyil ki, ölkənin su ehtiyatları obyektiv coğrafi səbəblərdən daha kasaddır və əsas mənbələr qonşu ölkələrdədir. Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası fəaliyyət göstərir.

Bu kontekstdə azad olunan ərazilərin zəngin su ehtiyatları ölkənin sənayesi və kənd təsərrüfatı üçün xüsusi əhəmiyyət kəsb edir. “Sərsəng” su anbarı 1976-cı ildə Tərtərçayın üzərində, Ağdərə (hazırda Tərtər) rayonu ərazisində inşa edilib. Onun ümumi sututumu 560 milyon kubmetr, bəndinin hündürlüyü isə 125 metrdir. “Sərsəng” su anbarı respublikada bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir.

“Sərsəng” su anbarının daxil olduğu Ağdərə rayonunun tam azad olunması respublikanın 6 rayonunda (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin etməyə imkan yaradacaq. Qeyd etmək lazımdır ki, işğal zonasında “Sərsəng” su anbarından başqa ümumi tutumu 80 milyon kubmetr olan digər su anbarları da qalıb. Onların da ölkə təsərrüfatına qatılması əlavə 15 min hektar torpaq sahəsinin suvarılmasına şərait yarada bilər.

Bundan əlavə, Cəbrayıl və Zəngilan ərazisində yerləşən “Xudafərin” su anbarının azad olunması 75 min hektar yeni ərazinin suvarılması və mövcud suvarılan ərazilərin suvarılmasının yaxşılaşdırılması deməkdir. Bu su anbarının həcmi bəzi hesablamalara görə 1,6 milyard kubmetrdir.

Həmçinin regionda 11 yeraltı şirin su mənbəyinin yerləşdiyi ehtimal edilir. Digər ölçü ilə bu 1 milyon 968 min kubmetr/gün yeraltı şirin su təchizatı deməkdir.

Elektrik enerjisi resursu

Regionun əsas elektrik enerjisi istehsalı su yığımı və təchizatı areallarına təsadüf edir. Söhbət təbii ki, “Sərsəng” və “Xudafərin” su elektrik stansiyalarından (SES) gedir.

“Sərsəng” SES və ya digər adı ilə “Tərtər” SES 1976-cı ildə Tərtərçayın üzərində, keçmiş Ağdərə (indiki Tərtər) rayonu ərazisində inşa edilmiş su elektrik stansiyasıdır. Hər birinin gücü 25 meqavat olan 2 ədəd turbindən ibarət su elektrik stansiyası hazırda qeyri-qənaətbəxş vəziyyətdədir. Stansiyada təmir bərpa işləri aparıldıqdan sonra, istehsal gücü daha da artırıla və ətraf rayonların elektrik enerjisinə tələbatının ödənilməsinə yönəldilə bilər.

“Xudafərin” SES isə Araz çayı üzərində İranla Azərbaycan arasında imzalanmış razılaşmaya uyğun olaraq inşa edilir. Belə ki, 2016-cı ilin fevralında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Araz üzərində elektrik stansiyalarının ümumi gücü 280 meqavata çata bilər. Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kilovat/saat elektrik enerjisi istehsalı gətirə bilər.

Aydındır ki, “Sərsəng” və “Xudafərin” SES-ləri ətraf rayonların enerji təminatının yaxşılaşdırılmasında, azad edilmiş ərazilərin bərpa edilməsində aktiv istifadə ediləcək. Ümumilikdə isə bu elektrik stansiyalarının ölkənin enerji sisteminə qatılması güclərin artırılması ilə yanaşı, mənbələrin coğrafi diversifikasiyası, yəni Abşeron, Şirvan və Mingəçevir üzərindən yüklərin azaldılması, həmçinin alternativ (bərpaolunan) enerji istehsalının ümumi istehsalda payının artırılması deməkdir.

Sənaye rekreasiya imkanları

Ehtimal edilir ki, Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 39,6 faizi işğal altında olan rayonların payına düşür. Zəbt olunmuş ərazilərdə böyük müalicə əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yataqları var. Digər ölçü ilə bu 7805 kubmetr/gün mineral su təchizatı deməkdir.

Bunların içərisində Kəlbəcər rayonunda Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonunda İlıqsu, Minkənd, Şuşa rayonunda Turşsu, Sırlan və başqa mineral sular diqqəti xüsusilə cəlb edir.

Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə fərqlənir. İstisu bulağı üstündə keçən əsrin 80-ci illərində iri kurort və mineral sudoldurma zavodu tikilib. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi. Turşsu mineral bulağı Azərbaycanın Şuşa şəhərinin 17 kilometrlik məsafəsində yerləşir. Turşsu vasitəsilə müxtəlif daxili xəstəliklər müalicə olunur, kəmər vasitəsilə Şuşa şəhərinə su verilirdi.

Beləliklə, regionun mineral su ehtiyatı içki sənayesində yeni emal güclərinin, içki sənayesi/turizm/rekreasiya üçbucağında müasir habın təşkil edilməsinə şərait yarada bilər.

Yeyinti sənayesi potensialı

Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının ümumilikdə 1,7 milyon hektar ərazisi işğal olunub. Bu torpaqların əksəriyyəti müxtəlif növ kənd təsərrüfatı məhsullarının becərilməsi üçün yararlıdır. Həmin məhsulların emalı yeyinti sənayesində yeni güclərin yaranmasına, etibarlı təchizat bazasının formalaşdırılmasına imkan verəcək.

Faydalı qazıntı/xammal imkanları

İşğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən 5 qızıl, 6 civə, 2 mis, bir qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, bir soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, bir perlit, bir obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və sair) yataqları yerləşir.

Yuxarıda sadalanan növ faydalı qazıntılar Qızılbulaq, Mehmana, Dəmirli, Canyataq-gülyataq, Ağdərə, Şorbulaq, Şuşa, Şirlan, Turşsu, Xocalı, Zərinbax, Ağçay, Xankəndi, Ediş, Xocavənd, Söyüdlü, Ağduzdağ, Tutxun, Ağyataq, Levçay, Kilsəli, Keşdək, Keçəldağ, Çəlli, Yuxarı İstisu, Aşağı İstusu, Mozçay, Qoturlu, Çilkəz, Narzanlı, Əhmədli, Hoçaz, Laçın, Novruzlu, Yuxarı Əkərəçay, Quşçu, Minkənd, Hacılı, Xanlıq, Qubadlı, Vejnəli, Bartaz, Oxçuçay, Zəngilan, Şərifan, Tuluz, Qaracalı, Soltanlı, Çaxmaxçay, Göyərçin-Veysəlli, Minbaşılı, Ağtəpə, Cəfərabad, Şahverdilər, Çaxmaxqaya, Dövlətyarlı, Diləgərdi, Kürdmahmudlu, Quruçay, Şahbulaq, Gülablı, Çobandağ, Boyəhmədli, Şahbulaq, Ağdam, Qarqarçay, Xaçınçay və sair yataqlarda aşkar edilib.

Sözügedən yataqlarda sənaye ehtiyatları təsdiq edilmiş 132,6 ton qızıl, 37,3 min ton qurğuşun, 189 milyon kubmetr mişar daşı, 1 milyon 526 min ton gəc, 18 milyon 432 min kubmetr üzlük daşı, 23 milyon 243 min kubmetr gil, 57 milyon 965 min ton tikinti daşı, 96 milyon 987 min ton qum-çınqıl, 1898,4 ton civə, 4 milyon 473 min kubmetr perlit, 2 milyon 144 min kubmetr pemza, 129 milyon 833 min kubmetr soda istehsalı üçün əhəngdaşı, 147 milyon 108 min ton sement xammalı və sair iqtisadiyyatın inkişafında vacib əhəmiyyət daşıyan faydalı qazıntılar aşkar olunub.

Regionda nadir və qiymətli faydalı qazıntı yataqları yayılıb. Əhəmiyyətli mis-sink filizlərinin ehtiyatları Kiçik Qafqazın şərqində yerləşən Mehmana yataqlarında cəmlənib. Burada istismara hazır olan filiz ehtiyatları vaxtilə öyrənilib. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir.

İşğal olunmuş ərazilər Azərbaycanın sənayesi və tikintisində böyük əhəmiyyəti olan müxtəlif növ tikinti materialları ilə çox zəngindir. Belə materialların böyük ehtiyatları Ağdam rayonu ərazisində yerləşən Çobandağ (əhəngin ehtiyatları 140 milyon ton və gillər 20 milyon ton ), Şahbulaq (25 milyon ton gil), Boyəhmədli (45 milyon ton gil) və digər yataqlardadır. Həmçinin, iri tikinti daş yataqları Xankəndində, mərmər isə Harovda yerləşir.

Aşağıdakı cədvəldə işğal olunmuş rayonlar üzrə ayrı-ayrılıqda hansı faydalı qazıntıların olduğu verilir:

 

Rayonun adı

Faydalı qazıntı növü

Ağdərə

qızıl, qurğuşun, sink, mis, mişar daşı, gəc

 

Şuşa

üzlük daşı, gil, tikinti daşı

 

Xocalı

gil, üzlük daşı, qum-çınqıl

Xocavənd

üzlük daşı, tikinti daşı

Kəlbəcər

qızıl, civə, mişar daşı, gil, perlit, qum-çınqıl, tikinti daşları, üzlük daşları, əlvan daşlar (obsidian, oniks, pefritoid, listvenit)

Laçın

civə, mişar daşı, üzlük daşı, tikinti daşı, gil, qum-çınqıl, pemza, vermukulit, vulkan külü, əqiq, jad

Qubadlı

mişar daşı, gil, tikinti daşı, üzlük daşı, əlvan daşı

Zəngilan

qızıl, gümüş, üzlük daşı, əhəng daşı, gil, tikinti daşı, qum-çınqıl

Cəbrayıl

mişar daşı, gil, qum, sement, gəc, tikinti daşı, kips, ahhidrid, pemza, vulkan külü, əlvan daşlar (yəşəm, xalsədan)

Füzuli

mişar daşı, gil, qum-çınqıl

Ağdam

mişar daşı, üzlük daşı, sement xammalı, gil, qum-çınqıl

Təbii ki, yuxarıdakı faydalı qazıntılarla bağlı məlumatlar müəyyən mənada nisbi xarakter daşıyır və növbəti mərhələdə bütün yataqların qiymətləndirilməsi aparılmalı, sovet dövrünə aid rəqəmlər dəqiqləşdirilməlidir. Nəzərə alınmalıdır ki, ötən 30 il ərzində ərazilər talançılığa məruz qalıb. Həmçinin yeni qiymətləndirmə üsulları meydana gəlib və regionun faydalı qazıntılarla bağlı yeni geoloji xəritəsi hazırlanmalıdır.

İlkin baxışda faydalı qazıntıların gələcək istismarı 3 blokda aparıla bilər: əlvan metallar və onların metallurgiyası, tikinti materialları və nadir metallar. Əlvan metallar və tikinti materialları ənənəvi iqtisadiyyat üçün xas olan sahələrdir və mövcud ehtiyatlar bu sahələrdə yeni güclərin yaranmasına imkan verəcəkdir. İşlərin görülməsi zamanı sovet vaxtında bu sahələrdə aparılmış tədqiqatlar və ilkin infrastruktura (mövcudluğundan asılı olaraq) əsaslanmaq olar. Əlavə olaraq, yüksək texnologiyalarda geniş istifadə olunan nadir metalların regionda mövcudluğu ilə bağlı araşdırmalar və geoloji işlər aparıla bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kuşner qarşıdakı həftələrdə Ukrayna ilə bağlı yeni addımların atılacağına ümid edir

Nyu-Yorkda oyun meydançasında iki nəfər güllələnərək öldürülüb

Peskov: G20 sammitində Putin ilə Zelenski arasında görüş qeyri-mümkündür

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026-cı ildə 10 milyard dollar təşkil edəcək

Almaniyanın 30-dan çox şəhərində ifrat sağçılığa qarşı etiraz aksiyaları keçirilib

Kuşner ərazi mövzusunu Ukrayna ilə bağlı danışıqlarda ən çətin məsələ adlandırıb

Səudiyyə Ərəbistanında husilərin atdığı mərminin partlaması nəticəsində iki nəfər yaralanıb

İsmayıllıda yol qəzasında bir nəfər ölüb

Bolqarıstan hərbi zavoddakı partlayışın mümkün səbəbi kimi təxribat amilini nəzərdən keçirir

Paytaxtın 8 Noyabr prospektində təmir işləri həyata keçiriləcək

“Tasnim”: İran və Oman Hörmüzdə gəmiçiliklə bağlı razılığa gəliblər

Çimərlik polosu üzrə "See Breeze 2026" beynəlxalq turnirində finalçılar məlum olub

Tokayev Trampı Qazaxıstana səfərə dəvət edib

Azərbaycanın Qarsdakı baş konsulu diaspor nümayəndələri ilə görüşüb

® Mərkəzi Gömrük Hospitalı tibbi innovasiyaların tətbiq olunduğu qabaqcıl səhiyyə ocağıdır

Pərvin Əzizli: Gənclər yalnız problemlər haqqında danışmalı deyil, konkret həllər təklif etməlidirlər

Bakıda keçirilən XIV Beynəlxalq Altay Topluluqları Simpoziumu başa çatıb

Olimpiadalarda uğur qazanan gənc riyaziyyatçı: Elə gün olurdu ki, 10 saat hazırlaşırdım

Azərbaycan Premyer Liqasında V turun növbəti oyunları keçirilib

Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb

Azərbaycan ISSA-nın 15-ci Baş Assambleyasında təmsil olunub

Media: Azərbaycan-Mərakeş münasibətləri çoxşaxəli tərəfdaşlıq mərhələsinə qədəm qoyub

Qarabağa və Şərqi Zəngəzura bu il 400 mindən çox xırdabuynuzlu heyvan köçürülüb

Kəlbəcərin Zar kəndinə yaxın zamanda köç başlanacaq

Kəlbəcər şəhər parkının layihələndirilməsi yekunlaşıb

Hikmət Hacıyev: Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır

Gələn il Kəlbəcərdə 3 yeni yaşayış məhəlləsinin tikintisinə başlanılacaq

Azad edilmiş ərazilərdə 3 min hektardan çox sahədə müasir suvarma sistemləri tətbiq olunur

Bu il Kəlbəcərə 400 mindən çox heyvan köçürüləcək

Azad edilmiş ərazilərə 200 mindən çox arı ailəsi köçürülüb

Nazir: Ötən il arıçılıq məhsullarının respublika yarmarkasında 83,5 ton məhsul satılıb

Qubada 2 minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb VİDEO

Qubada 2 minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb VİDEO

Bu saata olan əsas xəbərlər

Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Assambleyasında təltif olunub

Diplomatların Qarabağa və Şərqi Zəngəzura səfəri başa çatıb

XİN: “Belem Missiyası 1.5” Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib

Prezidentin xüsusi nümayəndəsi: Kəlbəcərdə arıçılıq yeni mərhələyə qədəm qoyur

Bəşir Hacıyev: Kəlbəcər böyük quruculuq prosesinin mühüm ünvanlarından biridir

Məcnun Məmmədov: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan milli məhsula çevirmək əsas hədəflərdəndir

Nazir: Kəlbəcərə 148 mindən çox arı ailəsinin köçürülməsinə icazə verilib

Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib – YENİLƏNİB VİDEO

Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib – YENİLƏNİB VİDEO

“II LCOY Azərbaycan 2026”nın ikinci günü Qubada keçirilib, Milli Gənclər Bəyanatı qəbul olunub – YENİLƏNİB

FAO-nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər VİDEO

FAO-nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər VİDEO

Rumıniyada benzinin qiyməti tarixi maksimuma çatıb

Çin diplomatı: Şuşada və Xankəndidə hər dəfə böyük dəyişikliklərin şahidi oluram VİDEO

Çin diplomatı: Şuşada və Xankəndidə hər dəfə böyük dəyişikliklərin şahidi oluram VİDEO

Ankarada Əhməd bəy Ağaoğlunun barelyefi qoyulacaq

Moldovada Azərbaycanda vəkillik institutunun inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verilib

Yunanıstan Aİ-də adambaşına düşən sığınacaq müraciətlərinin sayına görə birinci olub

Moldova səfiri: Şuşanın və Xankəndinin gələcək inkişaf üçün böyük potensialı var VİDEO

Moldova səfiri: Şuşanın və Xankəndinin gələcək inkişaf üçün böyük potensialı var VİDEO

ÜST-nin Baş direktoru: Dünyada hər 4 nəfərdən 1-i təhlükəsiz içməli suya çıxış əldə edə bilmir

Birinci sinfə gecikən uşaqlar üçün elektron qəbul prosesi sentyabrın 16-da yenidən aktivləşəcək

Xorvatiyada 192 mindən çox vətəndaşın bank hesabı borca görə bloklanıb

Paytaxtda yol hərəkəti qaydalarını pozan motosiklet sürücüsü saxlanılıb

Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar VİDEO

Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar VİDEO

İnfeksion xəstəliklər üzrə mütəxəssislər Şamaxıda bir araya gəlib VİDEO

İnfeksion xəstəliklər üzrə mütəxəssislər Şamaxıda bir araya gəlib VİDEO

UNEC-də tələbələr üçün myUNEC mobil tətbiqi istifadəyə verilib

Belarus səfiri: Qarabağda “Böyük Qayıdış” Proqramı real və əyani şəkildə həyata keçirilir VİDEO

Belarus səfiri: Qarabağda “Böyük Qayıdış” Proqramı real və əyani şəkildə həyata keçirilir VİDEO

Bilik Günündə 522 şagird yerlik Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbi istifadəyə veriləcək

Süni intellekt “Navye-Stoks bərabərliyi” tənliyini həll edib, amma riyaziyyatçılar narahatdır

Nazir: Kəlbəcərdə keçirilən II Bal Festivalında 40-a yaxın stend qurulub

Afina və Buxarest arasında enerji bağlantıları gücləndirilir

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti: Şuşada və Xankəndidə gördüklərim məndə böyük təəssürat yaratdı VİDEO

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti: Şuşada və Xankəndidə gördüklərim məndə böyük təəssürat yaratdı VİDEO

Akademik konfransın iştirakçıları işğaldan azad edilmiş ərazilərə səfər ediblər

İraq hökuməti Səudiyyə Ərəbistanına hücumlarla bağlı araşdırma aparır

Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksinə gəliblər VİDEO

Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksinə gəliblər VİDEO

Fəxriyyə Xələfova: “Sıfır tullantı” Azərbaycan moda sənayesi üçün real və davamlı iqtisadi modelə çevrilə bilər

Qərbi Azərbaycan İcmasında Vətən, dəyərlər və gələcək mövzusunda görüş

Suriyada həbsxanada yanğın nəticəsində 7 məhbus həlak olub

Rumıniya bütün ölkə ərazisini əhatə edən genişmiqyaslı hərbi təlim keçirəcək

“Gazelli Art House Baku”da müzakirə: “Mikayıl Abdullayev: Səyahətlər, xatirələr, irs”

Bolqarıstanda hərbi sursat anbarlarında güclü partlayışlar baş verib

Səfir: Şuşaya vurulmuşam VİDEO

Səfir: Şuşaya vurulmuşam VİDEO

Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb

BOKT vəsaitlərinin aidiyyəti şəxslərə yönəldilməsinin qarşısının alınması nəzərdə tutulur

Sabahın hava proqnozu açıqlanıb

BOKT öhdəliklərinin kapitala nisbəti üzrə üç hədd müəyyənləşdirilib

Şirvanda oğurluq edən şəxs saxlanılıb

Azərbaycan neftinin qiyməti 120 dolları ötüb

16 yaşadək Azərbaycan basketbol millisi Türkiyədə ikinci yeri tutub

Türk dünyasının ədəbi-mədəni irsi ilə bağlı araşdırmalar təqdim olunub

Bu saata olan əsas xəbərlər

Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu. BDYPİ-dən xəbərdarlıq!

Qərbi Azərbaycan İcmasında bu il ali məktəblərə qəbul olmuş bir qrup gənclə görüş keçirilib

Xarici diplomatlar Gəncəsər monastırını ziyarət ediblər VİDEO

Xarici diplomatlar Gəncəsər monastırını ziyarət ediblər VİDEO

“Ulduz” metro stansiyasının qarşısından keçən yola asfalt örtüyü döşənir

DİN: 34 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Bakıda mühüm simpozium: “Altayşünaslığın dünəni, bu günü və sabahı”

Zaqatalada yanğınla bağlı taktiki təlim keçirilib

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Fransada yanacaq bahalaşır: “Sarı jiletlilər” yenidən küçələrə çağırılır

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Sentyabrın 12-si Ümumdünya İlk Tibbi Yardım Günüdür

Bu gün Beynəlxalq Miqrenlə Mübarizə Günüdür

Britaniya Ordusu kəşfiyyat üçün kamuflyajlı atları sınaqdan keçirir

Tramp İrlandiyada Avropa liderləri ilə görüşəcək

Husilər Bab əl-Məndəb boğazındakı Perim adasını ələ keçiriblər

Tramp: Kanada avtomobil sənayesini qorumaq üçün ABŞ ştatına çevrilməlidir

Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatıb

ABŞ Rusiyanı G20 enerji nazirlərinin görüşünə dəvət edib

İsrail və Livan arasında Romada keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb