İDMAN


“Judo Club 2012”nin samboçusu Avropa çempionatının bürünc medalına sahib olub

Bakı, 13 aprel, AZƏRTAC

Kiprin Limasol şəhərində keçirilən sambo üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatında “Judo Club 2012”nin yetirməsi Vilayət Bayramov bürünc medal qazanıb.

Klubun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, gənclərin yarışında 62 kiloqram çəki dərəcəsində çıxış edən samboçu ilk görüşdə Fransa təmsilçisi üzərində qələbə qazansa da, növbəti mərhələdə ukraynalı idmançıya məğlub olub. Bürünc medal uğrunda təsəlliverici görüşlərdə qüvvəsini sınayan gənc samboçumuz ilk rəqibi bolqarıstanlı idmançını tam üstünlüklə məğlub edib. Həlledici görüşdə isə Belarus idmançısı üzərində qələbə qazanan V.Bayramov Avropa çempionatının bürünc medalına layiq görülüb.

Sambo üzrə Avropa çempionatına aprelin 16-da yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.