SİYASƏT


Linda Lanzilotta: Bakı Forumunda nüfuzlu şəxslərin iştirakı tədbirin uğurundan xəbər verir

Bakı, 15 mart, Anar Rzayev, AZƏRTAC

Bakı Forumunda nüfuzlu şəxslərin iştirakı, gündəliyin zənginliyi tədbirin uğurundan xəbər verir.

Bunu İtaliya Senatının vitse-prezidenti xanım Linda Lanzilotta AZƏRTAC-a məxsusi müsahibəsində bildirib.

VI Qlobal Bakı Forumunda dünyanı narahat edən çox önəmli məsələlərin müzakirə edildiyini, problemlərin həlli yollarına dair mühüm ideya və təkliflərin səsləndirildiyini söyləyən Linda Lanzilotta deyib ki, Forumda nüfuzlu şəxslərin iştirakı, gündəliyin zənginliyi tədbirin uğurundan xəbər verir. Müxtəlif ölkələrdən yüksək səviyyəli rəsmi nümayəndələrin fərqli yanaşmalar ortaya qoyması problemlərin həllində önəmli rol oynayır. Bu Forum bəşəriyyətin inkişafı naminə yeni fikirlərin irəli sürülməsi üçün mühüm platformadır.

Azərbaycan-İtaliya münasibətlərindən danışan sədr müavini əlaqələrin inkişaf etdiyini, yeni təşəbbüslərin ölkələrimizi daha da yaxınlaşdırdığını qeyd edib.

Linda Lanzilotta Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi layihələrin, mənəvi dəyərlərin qorunması istiqamətində göstərdiyi dəstəyin ölkəsində yüksək qiymətləndirildiyini vurğulayıb.

Regionda həyata keçirilən digər layihələrə toxunan İtaliya Senatının sədr müavini Azərbaycanın təbii qaz ehtiyatlarının Avropa ölkələrinə çatdırılması üzərində işlədiklərini, bu layihənin vaxtında başa çatması üçün çalışdıqlarını bildirib. O deyib ki, TAP layihəsi İtaliya və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyətə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.