ELM VƏ TƏHSİL


MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN ARXİVİ ZƏNGİNLƏŞDİRİLİR

Bakı, 26 sentyabr (AZƏRTAC). Hazırda 40 mindən çox materialın qorunub saxlandığı Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun arxivindəki klassik irsə dair daha bir nadir nüsxə əlavə edilmişdir.

XV əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Nemətulla Kişvərinin divanının yeni əlyazması tapılmışdır. Azərbaycan dilində ərəb əlifbası ilə yazılmış əsərin nüsxəsini instituta Almaniyada yaşayan həmvətənimiz, tədqiqatçı Məmmədəli Hüseyni təqdim etmişdir. Axtarışına 10 il vaxt sərf olunan bu divan İranın keçmiş parlament kitabxanası, indiki “Məclisi-mehreyi-şura” adlanan Tehran kitabxanasında saxanmışdır. Kişvərinin koliqrafiya sənətinin tarixinə düşəcək bu divanının nüsxəsi həm də arxivdə saxlanılan ən qədim əlyazma kimi diqqəti cəlb edir.

Bu əlyazmanın indiyədək Bakı, Daşkənd və Səmərqənd nüsxələri məlumdur. 50 vərəqdən ibarət divana qəzəl və müəmmalar daxildir. Bu qəzəllərin 23-nə digər nüsxələrdə rast gəlinmir. Əlyazmalar institutu bu əsəri ilin sonunadək çap etdirmək niyyətindədir.

Tədqiqatçıların fikrincə, nadir nüsxə Kişvəri ədəbi irsinin daha dərindən öyrənilməsinə geniş imkan yaradacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.