Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı qlobal urban və dayanıqlı inkişaf dialoqunun əsas platformalarından birinə çevrilib - RƏY

Bakı qlobal urban və dayanıqlı inkişaf dialoqunun əsas platformalarından birinə çevrilib - RƏY

Bakı, 25 may, AZƏRTAC

XXI əsrin qlobal siyasi və iqtisadi reallıqları, kataklizmləri fonunda urbanizasiya, sadəcə, şəhərsalma, məskunlaşma və miqrasiya kimi istiqamətlərin yer aldığı anlayışlar toplusu deyil. Bu gün şəhərlər geosiyasi təsir mərkəzləri, iqtisadi dayanıqlılığın təminatçıları, iqlim təhlükəsizliyinin əsas oyunçuları və yeni dünya nizamının formalaşdırıldığı strateji platformalardır. Məhz bu baxımdan son illərdə Azərbaycanın qlobal urban gündəliyin formalaşmasında oynadığı rol xüsusi diqqət çəkir. Bakı artıq təkcə regionun siyasi və iqtisadi mərkəzi deyil, həm də qlobal urban və dayanıqlı inkişaf dialoqunun əsas platformalarından birinə çevrilməkdədir.

Bu prosesin arxasında isə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən dövlət strategiyası dayanır. Azərbaycanın son illərdə COP29, WUF13 kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməsi sistemli şəkildə formalaşdırılmış siyasi etimadın, strateji idarəetmənin və modern dövlət modelinin nəticəsidir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkənin beynəlxalq münasibətlər sistemində artan çəkisinin göstəricisi olmaqla yanaşı, həm də urban gündəliyinin iqlim təhlükəsizliyi ilə inteqrasiyasının mühüm mərhələsinə çevrilməsinə zəmin yaradıb. WUF13-də müzakirə olunan məsələlər, səsləndirilən önəmli mesajlar fonunda bəlli olur ki, cəmi iki il öncə Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən “Yaşıl dünya naminə həmrəy olaq” konsepsiyası da əslində yalnız ekoloji çağırış olmayıb. Bu yanaşma həm də yeni urban inkişaf modelinin fəlsəfəsini nümayiş etdirməklə yanaşı, konseptual olaraq enerji təhlükəsizliyi, dayanıqlı şəhərlər, yaşıl texnologiyalar və sosial inklüzivlik anlayışlarını vahid strateji platformada birləşdirib.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

O bildirib ki, bu gün dünyanın bir çox ölkələrində urbanizasiya xaotik genişlənmə, sosial təbəqələşmə və ekoloji deqradasiya ilə müşayiət olunur. Azərbaycan isə fərqli model ortaya qoyur: “Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları artıq beynəlxalq urban siyasətində öyrənilən nümunələrdən birinə çevrilir. İşğaldan azad edilmiş ərazilərdə şəhərlərin sıfırdan, müasir urban planlaşdırma prinsipləri əsasında qurulması postmünaqişə urbanizasiya modeli kimi diqqət çəkir. Burada söhbət sadəcə binaların tikintisindən getmir. Söhbət insan mərkəzli, ekoloji dayanıqlı, rəqəmsal texnologiyalara əsaslanan və milli-mədəni identikliyi qoruyan yeni yaşayış fəlsəfəsindən gedir.

“WUF13-ün Bakıda keçirilməsi isə siyasi etimadın göstəricisi olmaqla bərabər, həm də Azərbaycan urban modelinin beynəlxalq səviyyədə legitimləşməsi, vahid strateji konsepsiya kimi qəbul edilməsi anlamına gəlir. Əslində, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən urban siyasət bir neçə strateji istiqaməti özündə birləşdirir. Azərbaycanın baxış bucağında urbanizasiya, ilk növbədə, milli təhlükəsizlik və dövlət dayanıqlılığı məsələsi kimi təqdim olunur. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması prosesi göstərir ki, şəhərsalma artıq geosiyasi təsir alətidir. Azərbaycan dağıdılmış ərazilərdə yalnız infrastruktur yaratmır, həm də suverenliyin real idarəetmə mexanizmini formalaşdırır. Eyni zamanda, Azərbaycan urbanizasiya ilə enerji transformasiyasını paralel şəkildə aparır. Qarabağın yaşıl enerji zonası elan edilməsi və burada alternativ enerji mənbələrinin tətbiqi şəhərsalmanın gələcək modelini müəyyənləşdirir. Bu, klassik neft iqtisadiyyatından postkarbon iqtisadiyyatına keçid strategiyasının tərkib hissəsidir”, - deyə deputat bildirib.

Azərbaycanın texnokratik yanaşma üzərində qurulan urban gündəliyi

Onun sözlərinə görə, Azərbaycanın urban siyasətinin fərqliliyi və unikallığı həm də ondan ibarətdir ki, ölkəmiz bu prosesi multikultural və humanitar təhlükəsizlik konsepsiyası ilə uzlaşdırır. Müasir şəhər yalnız iqtisadi mərkəz deyil, həm də sosial harmoniyanın təmin olunduğu platforma kimi təqdim edilir. Bakının son illərdə beynəlxalq forumların, dinlərarası və mədəniyyətlərarası dialoq tədbirlərinin əsas ünvanına çevrilməsi də təsadüfi deyil. Prezident İlham Əliyevin siyasi liderliyinin mühüm xüsusiyyəti ondan ibarətdir ki, o, qlobal prosesləri qabaqlayan strateji baxış nümayiş etdirir. Hələ bir neçə il əvvəl urban təhlükəsizlik, iqlim miqrasiyası və yaşıl transformasiya məsələləri dünya siyasətində indiki qədər aktual deyildi. Azərbaycan isə artıq həmin dövrdə şəhərsalma siyasətini yeni çağırışlara uyğunlaşdırmağa başlamışdı. Bu gün isə həmin yanaşmanın beynəlxalq platformalarda qəbul olunan modelə çevrildiyinə şahidlik edirik.

“Ən diqqətçəkən məqamlardan biri də Azərbaycanın urban gündəliyinin texnokratik yanaşma üzərində qurulmamasıdır. Burada milli kimlik, tarixi irs və mədəni yaddaş qorunur. Şuşa, Ağdam, Füzuli və digər şəhərlərdə aparılan bərpa və yenidənqurma işləri göstərir ki, Azərbaycan modern urbanizasiya ilə milli-mədəni identikliyin sintezini yarada bilib. Bu isə bir çox ölkələrin üzləşdiyi identiklik böhranı fonunda alternativ model kimi diqqət çəkir.

Qlobal urban gündəliyin əsas problemlərindən biri də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı dərin fərqlərdir. Prezident İlham Əliyev isə çıxışlarında dəfələrlə vurğulayıb ki, dayanıqlı inkişaf və iqlim siyasəti siyasi təzyiq alətinə çevrilməməlidir. Azərbaycanın irəli sürdüyü təşəbbüslərin həm də inkişaf etməkdə olan dövlətlərin maraqlarının müdafiəsinə yönəlmiş balanslı yanaşma olduğunu da unutmaq lazım deyil. Bu isə Bakının həm də Qlobal Cənubun mühüm siyasi platformalarından birinə çevrildiyini göstərir”, - deyə E.Mirzəbəyli vurğulayıb.

O qeyd edib ki, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş statusu asan qazanılmır. Azərbaycanın həm COP29, həm də WUF13 kimi qlobal platformalara ev sahibliyi etməsi onu göstərir ki, Bakı artıq beynəlxalq qərarların müzakirə olunduğu və yeni ideyaların formalaşdığı mərkəzə çevrilib. Bu etimadın əsas mənbəyi isə Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, praqmatik, prinsipial, ədalətli və gələcəyə hesablanmış siyasətdir. Bu gün artıq Azərbaycan modeli anlayışı yalnız enerji siyasəti və ya postmünaqişə bərpası ilə məhdudlaşmır. Yeni mərhələdə bu model dayanıqlı urbanizasiya, yaşıl inkişaf, rəqəmsal transformasiya və milli suverenliyin harmonik vəhdəti kimi xarakterizə olunur. Dünyanın bir çox ölkələri urban böhran, sosial parçalanma və idarəetmə xaosu ilə üzləşdiyi halda, Azərbaycan mərkəzləşdirilmiş strateji idarəetmə ilə modern inkişafın sintezini nümayiş etdirir.

“Bütün bunlar göstərir ki, Azərbaycan artıq qlobal urban gündəliyin iştirakçısı deyil, onun formalaşdıran ölkələrdən biridir. Bu reallığın əsas müəllifi isə Prezident İlham Əliyevin siyasi iradəsi, strateji baxışı və XXI əsrin çağırışlarını düzgün oxumaq bacarığıdır.

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası bütövlükdə, Azərbaycanın qlobal urban siyasətində yeni mərhələyə yüksəldiyini təsdiqləyən mühüm beynəlxalq hadisə sayıla bilə və Azərbaycanın artıq qlobal urban gündəliyin formalaşmasında iştirak edən dövlətə çevrildiyinin siyasi və institusional təsdiqidir”, - deyə deputat bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır

“Əbədi yaşayanlar” - Marneulidə şəhidlərin xatirəsi anılıb

Naxçıvan şəhərində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib

İran Prezidenti: Məkkə Müdafiə Sazişi müsəlman birliyinə doğru müsbət addım ola bilər

Yaponiyada yağışlarla əlaqədar 740 mindən çox sakinə təxliyə olunmaları tövsiyə edilib

Avropa mətbuatı Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna geniş yer ayırıb

Atatürk Universitetinin rektoru ADPU-da olub

Qəzzaya endirilən hava zərbələri nəticəsində 7 nəfər ölüb, 38 yaralı var

Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib

Kanadada helikopter qəzaya uğrayıb, ölənlər var

İstanbulda şəhidlər yad ediliblər VİDEO

İstanbulda şəhidlər yad ediliblər VİDEO

Almaniyanın xarici işlər naziri BMT-də süni intellekt üçün qlobal təhlükəsizlik standartlarının tətbiqinə çağırıb

ABŞ Prezidenti Rusiya-Ukrayna müharibəsini “ən çətin münaqişə” adlandırıb

Azərbaycanın Xarici İşlər Nazirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb

Salyanda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalayıb

Siyəzəndə minik avtomobili aşıb, yaralılar var

Prezident İlham Əliyevin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

Slovakiyada 27 Sentyabr – Anım Günü qeyd olunub

Dünya mediası Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu geniş işıqlandırıb

Naxçıvanda ər arvadını və baldızını bıçaqlayıb

“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib

Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB

Azad edilmiş ərazilərdə həyata keçirilən bərpa işləri Azərbaycanın müasir inkişaf tarixində genişmiqyaslı quruculuq mərhələsidir - ŞƏRH

Rusiyanın Novosibirsk vilayətində gənclərin millətlərarası toplantısı start götürüb

Dünya mediası Formula 1 Azərbaycan Qran-Prisinin dramatik mübarizəsini geniş işıqlandırıb