Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın qlobal investisiya və təchizat zəncirlərində yeni mövqeyi - ŞƏRH

Azərbaycanın qlobal investisiya və təchizat zəncirlərində yeni mövqeyi -  ŞƏRH

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) qlobal qütbləşmələrin və təchizat zəncirində kəskin qırılmaların yaşandığı bir dövrdə ölkəmizin qeyri-neft sektorunda yeni investisiya imkanlarının formalaşdırılması və beynəlxalq tərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm istiqamətləri müəyyənləşdirib. Bakıda öz işinə başlayan forumun əsas hədəfi yalnız mövcud iqtisadi əlaqələrin qorunması deyil, Azərbaycanın sərbəst hərəkət edən beynəlxalq kapital üçün ən təhlükəsiz və gəlirli tranzit-sənaye qovşağı kimi qlobal dəyər zəncirindəki mövqeyinin daha da möhkəmləndirilməsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Ayxan Qədəşovun mövzu ilə bağlı şərhində yer alıb.

O bildirib ki, dünyanın bir nöqtəsində yaranan problemin digər ölkələrdə istehsalı sürətlə dayandıra bildiyi müasir reallıqda, Azərbaycanın öz iqtisadi və logistik bazasını qlobal tələblərə uyğunlaşdırması qeyri-neft ixracı üçün əvəzsiz imkanlar açır. Mövcud iqtisadi reallıqlar beynəlxalq biznesin ilk növbədə sabitlik və etibarlı infrastruktur axtarışında olduğunu diqqətə çatdırır. Bu baxımdan Azərbaycan Cənubi Qafqazın əsas iqtisadi drayveri və təhlükəsizlik qarantı kimi ön plana çıxır. Keçənilki forumda imzalanan 10 milyard dollarlıq sazişlərin 7 milyard dollarının məhz qeyri-neft sektorunun payına düşməsi ölkəmizdə iqtisadi şaxələndirmənin artıq real nəticələr verdiyini və investorlar üçün cəlbedici mühitin formalaşdığını sübut edir.

A.Qədəşov vurğulayıb ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Xəzər donanması kimi nəhəng fiziki infrastruktur layihələrinin uğurla tamamlanması ölkəmizə fəaliyyət müstəvisini daha da genişləndirmək imkanı verir. Belə ki, Azərbaycan artıq beton və dəmirdən ibarət infrastruktur quruculuğundan qlobal miqyaslı "ağıllı logistika" və xidmət keyfiyyətinin idarə edilməsi mərhələsinə keçid edib. Hazırda ənənəvi gömrük-sərhəd prosedurlarının "kağızsız ticarət" mexanizmləri və süni intellekt alətləri ilə optimallaşdırılması beynəlxalq yükdaşımalarda əsas həlledici faktora çevrilir. Məhz bu cür innovativ və rəqəmsal yanaşma Azərbaycan ərazisindən keçən marşrutlarda vaxt və maliyyə xərclərini minimuma endirərək, qlobal logistika şirkətlərinin kütləvi şəkildə Orta Dəhlizə yönəlməsini şərtləndirir.

O, ölkəmizə gətirilən strateji dividendləri izah edərək qeyd edib ki, Azərbaycan artıq sadəcə xammal ölkəsi statusundan çıxaraq qlobal təchizat zəncirində mühüm “B2B” tərəfdaşına çevrilir: “Ölkədə həyata keçirilən investisiya siyasəti xarici sərmayədarlar üçün tam qapalı dövrədə A-dan Z-yə işləyən ekosistem təqdim edir. Sahibkarlara sənaye parklarında hazır infrastrukturun verilməsi, istehsalı genişləndirmək üçün subsidiyaların ayrılması, məhsul hazır olduqda “Azexport.az” portalı vasitəsilə qlobal bazarlara birbaşa çıxışın təmin edilməsi və yekunda yeni logistika subsidiyası ilə daşınma xərclərinin kompensasiyası investorlar üçün misilsiz şərait yaradır. Yaratdığımız bu etibarlı mühitin, həmçinin razılaşmaların icra müddətinin minimuma endirilməsinin ən real nəticəsidir ki, hazırda Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin əksəriyyəti mənfəətlərini ölkədən çıxarmaq əvəzinə, yenidən Azərbaycana yatırmağa üstünlük verirlər. Uzunmüddətli öhdəliklərə sadiqlik və etibarlılıq faktoru ölkəmizin hazırda 10-u Avropa İttifaqı üzvü olmaqla, 16 dövləti fasiləsiz təbii qazla təmin etməsində də özünü aydın şəkildə təsdiqləyir”.

“Tədbirin iqtisadi miqyası qədər, regional əməkdaşlıq və sənaye klasterlərinin formalaşdırılması əhəmiyyəti də dərindir. Azərbaycanın Mərkəzi Asiya, xüsusən də dənizlərə çıxışı olmayan Özbəkistan üçün etibarlı “Geoiqtisadi Sabitlik Dəhlizi”nə çevrilməsi artıq öz bəhrəsini verir. Cari ilin ilk yarısında yerli məhsullarımızın qardaş ölkəyə ixracının 3,6 dəfə artması 1 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə inamla yaxınlaşdığımızı göstərir. Paralel olaraq, Zəngəzur dəhlizi çərçivəsində Naxçıvanı Şərqlə Qərbi qovuşduran logistika mərkəzinə çevirəcək 310 hektarlıq yeni Naxçıvan Sənaye Parkının fəaliyyətə başlaması, Qarabağ və Şərqi Zəngəzurun aqrar xammalının dərin emaldan keçərək Qərb bazarlarına ixracına fundamental zəmin yaradacaq”, - deyə o vurğulayıb.

İnvestisiyaların daxili bazara "lokomotiv effekti"ndən danışan Ayxan Qədəşov vurğulayıb ki, nəhəng transmilli korporasiyaların ölkəyə gəlişi yerli biznes ekosistemində müsbət zəncirvari reaksiya yaradır. Buna ən bariz nümunə kimi yaxın gələcəkdə dağ-mədən sənayesinə yatırılacaq 5,3 milyard manatlıq (80 faizi özəl, 20 faizi dövlət kapitalı) investisiyanı göstərmək olar. Yerli təchizatçı və podratçılar qlobal şirkətlərin tələblərinə cavab vermək üçün öz keyfiyyət və idarəetmə standartlarını beynəlxalq səviyyəyə qaldırmağa məcbur olurlar. Eyni zamanda, ən son texnologiyalarla təchiz edilən bu müəssisələr ölkənin insan kapitalına birbaşa yatırımdır və sənaye ilə ali təhsil müəssisələrinin inteqrasiyası fonunda gələcəyin müasir biliklərə malik yüksəkixtisaslı kadrlarının yetişdirilməsini şərtləndirir: “Ümumilikdə, AIIF 2026 çərçivəsində aparılan müzakirələr və müəyyən edilən hədəflər sübut edir ki, davamlı daxili siyasi sabitlik, aşağı dövlət borcu, əhəmiyyətli maliyyə buferləri və proqnozlaşdırıla bilən siyasət fonunda Azərbaycan sərbəst beynəlxalq kapital üçün ən təhlükəsiz liman statusunu qoruyur. Bu strateji iqtisadi kurs ölkəmizi xammal ixracatçısından intellekt və yüksəktexnologiyalı məhsullar ixrac edən qlobal güc mərkəzinə çevirən fundamental bir addımdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO