Professor: Hər toponimin arxasında tarix, yaddaş və milli kimlik dayanır
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan dili dünyanın inkişaf etmiş və zəngin dillərindən biridir. Bu dil bizim ana dilimizdir. İnsanı bəsləyən, yaşadan, milli kimliyini formalaşdıran məhz dildir. Dil dövlət atributlarından biridir və milli varlığımızın əsas göstəricisidir. İnanıram ki, gələcəkdə dillə bağlı mövcud problemlərin həlli məhz gənc tədqiqatçıların araşdırmaları və elmi fəaliyyəti sayəsində mümkün olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü filologiya elmləri doktoru, professor Mahirə Hüseynova “Ana dili: kimlik və gələcək” mövzusunda gənclərin iştirakı ilə keçirilən respublika konfransında deyib.
Professor bildirib ki, tarixi toponimlərin araşdırılması mühüm əhəmiyyət daşıyır. Heç bir yer adı təsadüfi yaranmır: “Hər toponimin arxasında tarix, yaddaş və milli kimlik dayanır. Göyçə kimi qədim adlarımızın yaşadılması və onların etimoloji baxımdan araşdırılması vacibdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:37]
BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub
- 07.08.2026 [13:00]
Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır
- 07.08.2026 [12:27]
Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib
- 07.08.2026 [12:03]
Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq
- 07.08.2026 [11:58]
BMU məzunu ABŞ-nin nüfuzlu universitetində təhsilini davam etdirəcək
- 07.08.2026 [11:44]