“Milan” “Betis”in futbolçusu üçün 50 milyon avro ödəməyə hazırdır
Bakı, 15 mart, AZƏRTAC
İtaliyanın “Milan” klubu İspaniyanın “Betis” komandasının yarımmüdafiəçisi Ciovanni Le Çelsonun transferinə 50 milyon avro ödəməyə hazırdır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 22 yaşlı argentinalı futbolçu keçən il “Betis” klubuna Fransanın “Paris Sen-Jermen” komandasından icarə əsasında keçib. Həmçinin bildirilir ki, “Betis” oyunçuya olan tələbdən istifadə edib, futbolçunu parislilərdən tam transfer etmək niyyətindədir. Ciovanni Le Çelsonun xidmətlərindən “Real Madrid”, “Tottenham”, “Mançester Yunayted” və “Arsenal” klubları maraqlıdır. Bəzi mənbələrin məlumatına görə, “Paris Sen-Jermen” oyunçunun növbəti transferindən də 20 faiz gəlir əldə edə biləcək.
Qeyd edək ki, Le Çelso bu mövsüm “Betis”in heyətində 36 oyunda meydana çıxıb 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [14:49]
Azərbaycan avarçəkəni Avropa çempionu olub
- 12.06.2026 [13:57]
Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb
- 12.06.2026 [12:46]
“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub
- 12.06.2026 [12:16]
“Şəfa” “Qəbələ”dən ayrılan futbolçunu heyətinə qatıb
- 12.06.2026 [12:14]
Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək
- 12.06.2026 [11:52]
Qurban Qurbanov dünya çempionatındakı favoritini açıqlayıb
- 12.06.2026 [11:44]
Meksika millisinin futbolçusu dünya çempionatlarının tarixinə düşüb
- 12.06.2026 [11:04]