MƏDƏNİYYƏT


Milli Qurama Festivalı çərçivəsində bu sənətə aid kitab təqdimatı keçiriləcək

Bakı, 4 iyul, AZƏRTAC

Azərbaycanda ilk dəfə iyulun 7-dən avqustun 7-dək təşkil olunacaq Milli Qurama Festivalı çərçivəsində dekorativ-tətbiqi sənətin bu növü haqqında kitab təqdimatı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət və Təhsil nazirlikləri , eləcə də Bakı Şəhəri İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festivalda bir sıra tədbirlər, kitab təqdimatı, elmi-praktik konfrans, autizm sindromlu uşaqlar üçün art-terapiya, sərgi, ustad dərsləri, kulinariya və poeziya gecələri təşkil olunacaq.

Qeyd edək ki, 2020-ci ildə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Qurama Mərkəzi açılıb. Qurama Azərbaycan bədii incəsənətində xüsusi yerə malik dekorativ-tətbiqi sənət növü olmaqla yanaşı, qədim tarixi köklərə və ənənələrə söykənərək bu gün də öz aktuallığını qoruyur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.