Milli xörəklərin kalori dəyəri
Bakı, 17 may, AZƏRTAC
Azərbaycan mətbəxində 2 minədək xörək növü var. Onların kalori dəyərləri bir-birindən fərqlənir.
Mütəxəssislərin fikrincə, hər bir insanın gündəlik kalori tələbatı orqanizmin daşıdığı yükdən asılıdır. Əqli işlə məşğul olanlara gündə 3 min, mexaniki-fiziki işlə məşğul olanlara 3,5 min, ağır fiziki işlə məşğul olanlara 5 min, idmançılara isə 6,5-7,0 min kalori lazımdır. Sağlam həyat tərzi üçün qəbul edilən qidaların kalori miqdarı orqanizmin tələbatı ilə mütənasiblik təşkil etməlidir.
Diyetoloq Ləman Süleymanova bu barədə AZƏRTAC-a deyib: “100 qram düyünün və ya bir kiçik boşqab aşın kalorisi 850-1000 kaloriyə çatır. Milli mətbəxdən xəngəl və piti kimi xörəklərin kalori dəyəri 500-600-dən 800 kaloriyə qədər çatır. Quzu əti 250-280 kaloriyə, dana əti ondan bir az aşağı kaloriyə malikdir. Məsələn, kələm dolması quzu ətindən hazırlanıbsa, onun 2 ədədinin kalorisi 300-400, bəzən 500 kaloriyə çata bilər”.
Həkimin dediyinə görə, sağlamlıq problemi olanlar qidalanmaya xüsusilə diqqətli yanaşmalıdırlar. Orqanizmin kalori tələbatı pozulanda sonradan onun müəyyən fəsadları yarana bilər: “Gün ərzində heç bir qida qəbul edilməsə və yalnız axşam xəngəl yemək kifayətdir ki, kalorinin müəyyən bir hissəsini tutsun. Ağır xörəklərdən sonra yeyilən hər hansı qida orqanizmdə maddələr mübadiləsini zəiflədir. Xüsusilə qan təzyiqindən əziyyət çəkən xəstələrin axşam saatlarında ağır qidalar qəbul etməsi müəyyən fəsadlar yarada bilər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [17:36]
Düzgün yastıq seçimi rahat yatmağa kömək edir
- 16.08.2023 [12:58]
Qodji ən qiymətli dərman bitkilərindən biridir
- 11.08.2023 [11:58]
Çimərlik və turizm obyektlərində qidalanma
- 11.08.2023 [01:09]
Səs titrəməsindən istifadə edilən qədim müalicə üsulu
- 05.08.2023 [15:52]
Hicama zamanı nəzərə alınmalı məqamlar
- 05.08.2023 [12:25]
Çay kimi tanınan sitrus bitkisi - Berqamot
- 04.08.2023 [12:42]
“Omeqa-3” balıq yağının faydaları və istehlak qaydaları
- 04.08.2023 [02:43]
Təbii yolla qurudulan meyvələr daha faydalıdır
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- [09:00]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [18:17]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [18:09]