Moldovada “III Şərq Tərəfdaşlığı Elektron İnfrastrukturu Konfransı” keçiriləcək
Bakı, 21 iyul, AZƏRTAC
Oktyabrın 17-18-də Moldovanın paytaxtı Kişinyovda “III Şərq Tərəfdaşlığı Elektron İnfrastrukturu Konfransı” (“EaPEC-2018”) keçiriləcək. Tədbirdə tədqiqatçılar, şəbəkə, mədəni irs və hesablama üzrə mütəxəssislər iştirak edəcəklər.
AZƏRTAC “eapconnect.eu” saytına istinadən xəbər verir ki, “EaPEC-2018”in sessiya iclasları rəqəmsal kitabxanalar, rəqəmsal irs, açıq elm üçün elektron infrastruktur və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən tədqiqatlara həsr olunacaq.
Tədbir çərçivəsində kibertəhlükəsizlik, bulud və infrastruktur xidməti, eləcə də milli tədqiqat və təhsil şəbəkələri tərəfindən göstərilən xidmətlər üzrə seminarlar keçiriləcək. Konfransda, həmçinin bu sahədə tanınmış mütəxəssislərin məruzələri dinləniləcək, “Tədqiqatını işıqlandır” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim ediləcək.
Konfrans “EaPConnect” layihəsi çərçivəsində Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” ölkələrində (Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna və s.) tədqiqat və təhsil cəmiyyətləri arasında əlaqə yaradılması məqsədi daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:26]
BDU-da yaz imtahan sessiyası davam edir
- 16.06.2026 [12:02]
“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb
- 16.06.2026 [11:29]
DİM Azərbaycan dili imtahanı verəcək şəxslərə müraciət edib
- 16.06.2026 [11:25]
“Divlər sarayı”nın izi ilə: Azıx qəbiləsindən alp babalarımıza uzanan yol
- 16.06.2026 [10:48]
Klassik poeziyamızda katiblik sənəti və yazı ləvazimatı - elmi seminar
- 16.06.2026 [10:38]
DİM və IAEA arasında əməkdaşlıq genişlənir
- 16.06.2026 [10:31]