SİYASƏT


Mövlud Çavuşoğlu: Hazırda dünyanın diqqəti Orta Dəhlizə yönəlib

Mövlud Çavuşoğlu: Hazırda dünyanın diqqəti Orta Dəhlizə yönəlib

Ankara, 5 dekabr, AZƏRTAC

Türkiyə hazırda beynəlxalq diplomatiyada ən etibarlı tərəflərdən biridir. Çünki biz nə söyləyiriksə, onu da edirik, nə ediriksə, onu söyləyirik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankara Hacı Bayram Vəli Universitetində təşkil olunan “Türkiyənin sahibkarlıq və humanitar xarici siyasəti” mövzusunda konfransdakı çıxışında ifadə edib.

Türkiyənin yürütdüyü sülh, sabitlik və inkişaf siyasətinin ayrı-ayrı istiqamətləri barədə geniş məlumat verən nazir Rusiya-Ukrayna savaşının nəticələri və məlum sanksiyalar səbəbindən Şimal Dəhlizinin əhəmiyyətini itirdiyini və dünyanın diqqətinin Orta Dəhlizə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yönəldiyini xatırladaraq deyib: “İnşallah, Ermənistan da ağıllanacaq və onlar da bu ölkədən keçəcək layihələrdən faydalanacaq”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.