İQTİSADİYYAT
Növbəti ixrac missiyası Almaniyaya gedib
Bakı, 27 noyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan ixrac missiyasının Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərinə ixrac missiyası təşkil olunub.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ixrac missiyasına qida məhsulları, tekstil və mebel sənayesi sahəsində fəaliyyət göstərən 28 Azərbaycan şirkəti daxildir.
Missiya çərçivəsində Azərbaycan və alman iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək, məhsullarımızın Almaniyaya ixracının genişləndirilməsinə dair müzakirələr aparılacaq.
İxrac missiyası noyabrın 27-30 tarixlərini əhatə edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2020 [17:52]
“Made in Uzbekistan Online” biznes forumunun açılışı olub
- 08.07.2019 [17:47]
Azərbaycan sahibkar və menecerləri Almaniyada ixtisasartırma kursunda olub
- 01.07.2019 [18:41]
Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilib
- 25.06.2019 [11:46]
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib YENİLƏNİB
- 20.06.2019 [15:07]