Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransı öz işini başa çatdırıb

Bakı, 1 iyul, AZƏRTAC

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı iyulun 1-də öz işini başa çatdırıb. Konfransın ikinci günü parlament rəhbərlərinin və nümayəndə heyətinin üzvlərinin çıxışları dinlənilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova gündəlik barədə məlumat verdikdən sonra sözü nümayəndə heyətlərinin rəhbərlərinə verib.

Malayziya Nümayəndələr Palatasının sədr müavini Mohd Raşid Hasnon dünyada qlobal çağırışların olduğu vaxtda Bakı konfransının əhəmiyyətini yüksək qiymətləndirib. Azərbaycan Prezidenti İlham Əliyevə bu təşəbbüsünə görə minnətdarlığını ifadə edən malayziyalı parlamentari beynəlxalq münaqişələrin sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb. “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi bu kontekstdə üzərimizə məsuliyyət qoyur. BMT-nin davamlı inkişaf hədəflərinə çatmaq üçün Qoşulmama Hərəkatına üzv ölkələrin prinsiplərini əsas tutmalı və sadiqlik nümayiş etdirməliyik. Qarşılıqlı əlaqələr və əməkdaşlıq baxımından Parlament Şəbəkəsinin rolu çox mühümdür. İnsan hüquqlarının müdafiəsinin daha yaxşı təmin olunması üçün Parlament Şəbəkəsinin fəaliyyətini dəstəkləyirik”, - deyə Mohd Raşid Hasnon qeyd edib.

Azərbaycan hökumətinə və parlamentinə bu tədbiri təşkil etdiyinə görə öz təşəkkürünü bildirən İran parlamenti sədrinin müavini Abdolreza Mesri parlament şəbəkəsini gücləndirmək üçün yaxşı imkanlar olduğunu diqqətə çatdırıb. Parlamentlər arasında inklüziv qərarvermə üzrə əməkdaşlığın vacibliyini qeyd edən iranlı parlamentari vurğulayıb ki, dünyanın diqqətini müstəqil dövlətlərin güclü səsinə cəlb etmək lazımdır. O, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin çoxtərəflilik və mövcud problemlərlə birgə mübarizə aparmaq üçün imkanlar yaratdığını bildirib.

Qoşulmama Hərəkatının yarandığı gündən etibarən beynəlxalq arenada sülhün və təhlükəsizliyin qorunmasında mühüm rol oynadığını qeyd edən Liviya parlament sədrinin birinci müavini Fouzi Salim bildirib ki, mübarizə üçün birgə strategiya və dövlətlər arasında bərabərlik prinsipini əsas tutan Qoşulmama Hərəkatı insan hüquqlarının pozulmasının qarşısını ala biləcək və dövlətlərin daxili işlərinə müdaxilə etməmək prinsipinə əsaslanan bir təsisatdır. “Vahid parlament birliyinin yaradılması zamanın tələbidir. Üzv ölkələrin parlamentariləri kimi səylərimizi gücləndirməliyik ki, bu şəbəkənin rolu artsın”, - deyə Liviya parlament sədrinin birinci müavini vurğulayıb.

Bəhreyn parlamentinin üzvü Camal Faxro qlobal çağırışlara cavab vermək üçün parlament həmrəyliyinin mühüm şərt olduğunu vurğulayıb. O deyib: “Beynəlxalq sistemdə sülh və təhlükəsizliyin təmin edilməsi dövrün, zamanın ən vacib məsələsidir. Bakı konfransından müsbət nəticələr gözləyirik. Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan xalqına və Milli Məclisə bu tədbiri təşkil etdiyinə görə təşəkkür edirik. Bakı konfransının qarşıya qoyduğu hədəflərə çatacağına inanırıq”.

Hazırda dünyada vəziyyətin çox gərgin olduğunu bildirən IPC-in Baş katibi Sitarə Ayaz bu məsələdə hamının üzərinə məsuliyyət düşdüyünü qeyd edib. “Belə çətin və gərgin dövrdə Bakı konfransının təşkili üçün Azərbaycanın səylərini dəstəkləyirəm. İnanırıq ki, Parlament Şəbəkəsi müxtəlif parlamentlər arasında sıx əlaqələrin yaradılmasını təmin edəcək. İqlim dəyişkənliyi və təhlükəsizliklə bağlı problemləri ancaq ədalətli yanaşma və demokratiya yolu ilə həll etmək mümkündür”, - deyə Sitarə Ayaz vurğulayıb.

TÜRKPA-nın Baş katibi Süreyya Er vurğulayıb ki, Qoşulmama Hərəkatına Azərbaycanın sədrlik müddətinin uzadılması Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycana inamın növbəti təzahürüdür. Bildirilib ki, dünyada sülhə və əməkdaşlığa nail olunmasında parlamentlərarası əlaqələr və parlament təşkilatları mühüm rol oynayırlar. TÜRKPA digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Baş katibi Orduxan Qəhrəmanzadə Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin yaradılmasının təsisatın fəaliyyətində yeni bir səhifə açacağına əminliyini ifadə edib, birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Malavi parlamentinin sədrinin birinci müavini Madalitso Kazombo, Kuba Senatının baş vitse-prezidenti Ana Maria Mari Machado, İraq İslam Şurası Məclisinin sədr müavini Şahhavan Abdullah Əhməd Talabani, Venesuela parlamentinin sədr müavini Vanesa Yuneth Montero Lopez, Yəmən Nümayəndələr Palatasının sədr müavini Möhsün Əli Bəsora, Belarus parlamentinin üzvü Andrey Savinyx, Qətər Şura Məclisinin sədr müavini Hamda Alsulaiti, Banqladeş parlamentinin üzvü Əbdül Məcid Xan və digəriləri dünyada mövcud problemlərdən bəhs edərək, sülh, təhlükəsizlik, iqlim dəyişkənliyi, ərzaq qıtlığı və digər problemlərin həlli üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıblar.

Çıxışlar başa çatdıqdan sonra Milli Məclisin sədri Sahibə Qafarova bağlanış nitqi ilə çıxış edib.

Milli Məclisin sədri sona çatan Bakı konfransının çox əhəmiyyətli bir tədbir olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, konfrans çərçivəsində vacib məsələlər müzakirə olunub, qərarlar qəbul edilib.

“Parlament Şəbəkəsinin sədrini və sədr müavinlərini seçdik, loqosunu, bayrağını təsdiqlədik. Məni Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri seçdiyiniz üçün təşəkkür edirəm. Əminəm ki, Bakı Bəyannaməsində əksini tapmış məsələlər uğurla icra olunacaq. Parlament Şəbəkəsinin gələcək inkişafı bizim yeni bir mərhələyə keçməyimizə kömək edəcək, əməkdaşlığımız daha da genişləndiriləcək”, - deyə Sahibə Qafarova vurğulayıb.

Qeyd edək ki, iki gün davam edən konfrans çərçivəsində nümayəndə heyətlərinin rəhbərləri məruzə ilə çıxış edərək dünyada mövcud problemlərə öz münasibətlərini bildiriblər və bu problemlərə qarşı birgə mübarizə aparmaq üçün Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin rolunu qeyd ediblər.

Həmçinin konfrans çərçivəsində ikitərəfli görüşlər keçirilib.

Tədbir iştirakçıları konfransdan sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edəcək, burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, Bakı konfransında dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatlarının təmsilçiləri iştirak ediblər. Nümayəndə heyətinin tərkibində 15 ölkənin parlament sədri yer alıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb