İDMAN


“Raquf Orucov Kuboku” beynəlxalq cüdo turniri start götürüb

Bakı, 16 aprel, AZƏRTAC 

Aprelin 16-da cüdo üzrə yaşı 21-dək (U-21) olan gənclərdən ibarət klub komandalar arasında üçüncü “Raquf Orucov Kuboku” beynəlxalq turniri start götürüb.

AZƏRTAC xəbər verir ki, 2016-cı ilin Aprel döyüşlərinin qəhrəmanları, əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun və silahdaşlarının xatirəsinə həsr olunmuş ənənəvi turnirdə iştirak edən yerli və xarici klubların nümayəndələri aprelin 16-da Fəxri xiyabanda müasir müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar. Daha sonra onlar Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında olub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən şəhidlərin xatirəsinə ehtiramlarını bildirərək məzarları üstünə güllər düzüblər. Polkovnik-leytenant Raquf Orucovun məzarı önünə əklil qoyulub.

Anım mərasiminin iştirakçılarına igid zabit və onun döyüş yolu haqqında məlumat verilib.

Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil edilən turnirin seçmə mərhələsi aprelin 17-də Bakı İdman Sarayında baş tutacaq. Həmin gün turnirin rəsmi açılış mərasimi keçiriləcək. Sonra finala çıxan komandalar turnirin mükafatları uğrunda mübarizə aparacaqlar.

Tədbirdə dövlət və hökumət nümayəndələri, deputatlar, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları, tanınmış idmançılar iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.