Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarix İnstitutunun əməkdaşı: Ermənistanın statistikası Paşinyanı ifşa edir

Tarix İnstitutunun əməkdaşı: Ermənistanın statistikası Paşinyanı ifşa edir

Bakı, 26 dekabr, AZƏRTAC

Azərbaycanın 44 günlük müharibədə öz ərazilərini erməni işğalından azad etməsi İran, Fransa, Rusiya kimi ölkələrin yuxusunu ərşə çəkdi. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli müqavilə imzalandıqdan sonra Rusiyanın “sülhməramlı” missiyasının nəzarəti altında Qarabağdan mədən məhsullarının Ermənistana daşınması Azərbaycan vətəndaş cəmiyyətində ciddi narahatlıq yaratdı. Belə bir kritik məqamda Azərbaycanın düşmən dövlətlərin və onların havadarlarının haqsız təzyiqlərinə məruz qalması, Azərbaycanın aparıcı qeyri-hökumət təşkilatları və bütün Azərbaycan vətəndaş cəmiyyəti heç kimdən təlimat almadan dövlətinin, xalqının yanında olduğunu nümayiş etdirdi. Belə ki, ictimai fəallar heç kimin gözləmədiyi anda Laçın-Xankəndi yolunda dinc aksiyalara başladı. Aksiyaların məqsədi ermənilərin Qarabağda törətdikləri ekoloji terroru dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. İndi də davam edən aksiyalardan çəkilən videoreportajlar sübut etdi ki, Laçın-Xankəndi yolunda erməni iddialarının əksinə olaraq sadə vətəndaşların giriş-çıxışına, humanitar yüklərin daşınmasına heç bir maneə yoxdur.

Bu fikirləri AZƏRTAC-a AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov söyləyib. O bildirib ki, lakin bəzi ermənipərəst qüvvələrin və Ermənistan rəsmilərinin qeyri-etik davranışları xüsusi diqqət çəkməyə başladı. Guya Laçın-Xankəndi yolunun “bağlanması” nəticəsində Qarabağda yaşayan “120 min” etnik erməninin “humanitar fəlakət”lə “qarşılaşması” kimi absurd, heç bir həqiqətə uyğun olmayan iddialar bizi düşünməyə məcbur etdi. Doğrudanmı, Qarabağda bu qədər erməni yaşayır? Axı heç sovetlər dönəmində burada 70-80 min erməni əsilli yaşamasına dair heç bir rəsmi sənəd yoxdur. Odur ki, biz bu məsələnin araşdırılması üçün erməni mənbələrinə üz tutduq.

Birinci Dağlıq Qarabağ müharibəsindən sonra Ermənistan tərəfindən işğal olunan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olan şəhər və kəndlər, 2005-ci ildə Ermənistan rəhbərliyinin göstərişi ilə siyahıya alınıb. Bu demoqrafik məlumatları, 2015-ci ildə Qarabağın şəhər və kənd icmalarının əhalisinə dair statistik məlumatları ehtiva edən hesabat hazırlanmışdı. Sənəddə 2020-ci il ikinci Qarabağ müharibəsindən əvvəlki dövr 2 kateqoriyaya bölünür: şəhər icmaları və kənd icmaları. 2015-ci ilin hesabatına əsasən, Qarabağda 13 şəhər icması və 322 kənd icmasının olduğu qeyd olunur. Eyni zamanda, hesabatda keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda yerləşən Laçın, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Füzuli, Ağdam yaşayış məntəqələri də Qarabağın inzibati ərazi vahidləri kimi qeyd olunur. Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalından 25 noyabr 2020-ci ildə azad etdiyi Laçın şəhəri və bir neçə kəndin, 1 dekabr 2020-ci ildə Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə verildiyi göstərilir. Bu sənəddə hazırda rus “sülhməramlıların” nəzarəti altında olan yaşayış məntəqələrindəki əhalinin sayı və Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük müharibədən sonra azad etdiyi ərazilərdə məskunlaşdıran ermənilərin də sayı da göstərilir.

Hesabat Hakob Qəhramanyan adlı Ermənistan rəsmisi tərəfindən 2018-ci ildə Xankəndidə Elektron Kitabxanaya yerləşdirilib. Bu sənəd “Creative Commons Attribution-ShareAlike 3.0” lisenziyası altında məxfilik siyasətinə əməl etməklə “Vikipediya” səhifəsində yerləşdirildi. “Vikipediya”da bu sənəddən istifadə şərtləri və məxfilik siyasəti ilə razılaşdırıldığı halda istifadəsi mümkün olurdu. Sənəddə inzibati yaşayış məntəqələrinin adları rus, erməni və Azərbaycan dillərində verilmişdi. Bu “Vikipediya” səhifəsi sonuncu dəfə 14 dekabr 2022-ci il saat 10:56-da (UTC) redaktə olunaraq, Xankəndidə yaşayan əhalinin sayı on mindən əlli beş minə qədər artırıldı. Xocalı rayonunun ərazisindəki Əsgəran, Ballıca, Xanabad, Xocalı şəhərinin əhalisinin sayı da iki dəfədən çox artırıldı. Hansısa səbəblərdən bu səhifə 22 dekabr 2022-ci ildə silinsə də, biz bu sənədi artıq arxivləşdirə bilmişdik.

Ermənistan statistikasında Qarabağ regionunda Rusiya “sülhməramlı”larının nəzarəti altında olan ərazilərdəki erməni etniklərinin sayı 2015-ci il hesabatında 67 571 nəfər göstərilir. Nəzərə alsaq ki, 2020-ci il ikinci Qarabağ müharibəsi dövrü erməni etnikləri yaşadıqları əraziləri son nəfərinə kimi tərk etmişdilər. Onların bir qismi Ermənistana, digər bir qismi isə İran, Fransa, Rusiya və digər bu kimi ölkələrə köç edib getdilər. 10 noyabr 2020-ci il üçtərəfli müqavilənin imzalanmasından sonra Rusiya “sülhməramlıları” erməniləri Ermənistandan Qarabağa zorakı surətdə köçməyə məcbur etdilər. İlkin məlumata görə, rusların Ermənistandan Azərbaycana köçürdükləri əhalinin sayı 15-20 min civarında olduğu düşünülürdü. Lakin Qarabağın baş terrorçusu Araik Artunyan 2020-ci ildə Qarabağdakı ermənilərin saylarının 30 min olduğunu elan etdi.

Laçın-Xankəndi yolunda başlanan aksiyalardan sonra Ermənistanın baş naziri Paşinyan Qarabağda 120 min etnik erməninin “humanitar fəlakət”lə üzləşdiyi barədə iddiaları kökündən yalandır. O, öz statistikasının məlumatlarını nəzərdən keçirsə, az da olsa, utanc hissi keçirər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub