Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Vaqif Dərgahlı: Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərimizi ələ keçirmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb

Vaqif Dərgahlı: Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərimizi ələ keçirmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb

Bakı, 21 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC 

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərib. Düşmən əvvəlcə yüngül atıcı silahlar, sonra isə 60, 82, 120 millimetrlik minaatanlar və daha iriçaplı digər ağır artilleriya qurğularından istifadə etməklə mövqelərimizi və sərhədboyu bir sıra yaşayış məntəqələrimizi – Tovuz rayonunun Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli kəndlərini atəşə tutublar.

AZƏRTAC xəbər verir ki, bunu iyulun 21-də keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

V.Dərgahlı bildirib ki, düşmənə qarşı cavab tədbirlərinin görülməsi ilə bağlı komandanlıq tərəfindən bu istiqamətdə yerləşən bölmələrə dərhal əmr verildi. Görülən tədbirlər nəticəsində düşmən hücumunun qarşısı alındı, onun müdafiəsinin ön xəttindəki atəş nöqtələri, müdafiəsinin dərinliyində yerləşən ehtiyatlar, dayaq məntəqələri, artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi obyektlər, döyüş texnikası və yüzədək canlı qüvvəsi məhv edilib. Ermənistan mətbuatı, sosial şəbəkələri və digər açıq mənbələrin monitorinqi, xüsusilə əməliyyat tədbirləri nəticəsində əldə olunan məlumatlar bunu təsdiq edir: “Qeyd edək ki, 2016-cı ilin Aprel döyüşlərində olduğu kimi, bu dəfə də Ermənistanın hərbi-siyasi rəhbərliyi hərbi məlumatların yayılmasına tətbiq edilən qadağanı əsas gətirərək döyüş itkilərini ictimaiyyətdən gizlədib. Bununla belə, erməni tərəfi itkilərinin bir qismini etiraf etməli olub. Yəqin ki, bir müddət sonra həqiqət üzə çıxacaq və onlar itkilərini müxtəlif şəraitdə baş vermiş hadisə kimi göstərərək etiraf etmək məcburiyyətində qalacaqlar”.

V.Dərgahlı vurğulayıb ki, əldə olunan məlumata görə, düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni əsilli döyüşçülərin də olduğu istisna edilmir. Bu kateqoriyadan olan şəxslər Ermənistanda rəsmi qeydiyyata alınmadığı üçün erməni hərbi rəhbərliyinə bu itkiləri gizlətmək daha asandır.

İyulun 12-dən başlayan aktiv döyüş əməliyyatları iyulun 17-i axşam saatlarınadək davam edib. Bu müddətdə Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərimizi ələ keçirmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib. Düşmən dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək üçün iyulun 14-dən 15-nə keçən gecə iriçaplı silahlardan istifadə etməklə Naxçıvan istiqamətində də təxribata əl atıb. Lakin bu istiqamətdə yerləşən Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmən təxribatına uymayaraq onun döyüş aktivliyinin qarşısını qətiyyətlə alıblar.

“Azərbaycan Ordusu bölmələrinin cavab tədbirlərinin Aprel döyüşlərində olduğu kimi, genişmiqyaslı olmaması ilə bağlı yarana biləcək suala cavab olaraq bildirirəm ki, bu əməliyyat istiqaməti, eyni zamanda, həm də iki ölkə arasında dövlət sərhədi olduğundan bölmələrimiz tərəfindən görülən cavab tədbirləri sadəcə düşmənin tətbiq etdiyi silah növlərinə uyğun, onun atəş nöqtələrinin susdurulması və onun bu istiqamətdə irəliləməsinin qarşısının alınmasına yönəlmişdir. Təbii ki, bu döyüşlərdə bölmələrimizin qarşısında düşmən mövqelərini ələ keçirmək və ya hansısa istiqamətdə irəliləmək kimi məqsəd yox idi. Ali Baş Komandanın qeyd etdiyi kimi, “bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur”.

Təəssüf ki, düşmən hücumunun qarşısını alarkən döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərimizin ailələrinə bir daha başsağlığı verir və səbir diləyir.

Qürurverici haldır ki, Ermənistan ordusundakı vəziyyətdən fərqli olaraq, ordumuzun şəhid general və zabitləri tabeliklərində əsgərlərlə bir sırada, ön xətdə düşmənlə döyüşdə olarkən həlak olublar. Döyüşlər zamanı yaralılar da oldu. Hazırda onların müalicəsi hərbi tibb müəssisəsində davam edir. Onların həyatları üçün ciddi təhlükə yoxdur. KİV nümayəndələri yaralılarla görüşmək, müsahibə götürmək məqsədilə müraciət edirlər. Bildiririk ki, karantin rejimi ilə əlaqədar yaralıların ziyarətinə qadağa qoyulub. Bunu nəzərə alaraq, tətbiq olunan məhdudiyyəti düzgün qəbul etməyiniz xahiş olunur”, - deyə polkovnik bildirib.

Mətbuat xidmətinin rəisi deyib ki, döyüşlər zamanı yaşayış məntəqələri və qeyri-hərbi obyektlərin intensiv atəşə tutulması nəticəsində mülki əhaliyə, dövlət əmlakı və fərdi mülklərə, eləcə də infrastruktur obyektlərinə ziyan dəyməyib.

Artilleriya atəşi nəticəsində iyulun 14-də Tovuz rayonunun Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əziz Əzizov həlak olub.

Döyüşlərin gedişi barədə həqiqətlərin geniş ictimaiyyətə, o cümlədən yerli və beynəlxalq təşkilatlara dəqiq və operativ çatdırılmasını təmin etmək məqsədilə məlumatların Müdafiə Nazirliyinin rəsmi internet, o cümlədən “Facebook” və “Twitter” səhifələrində davamlı olaraq dərc edildiyini vurğulayan mətbuat xidmətinin rəisi bildirib: “Yerli KİV nümayəndələrinin sualları mütəmadi cavablandırılıb. Təəssüf ki, bu müddətdə Ermənistan KİV-lərində döyüşlərlə bağlı mütəmadi olaraq dezinformasiya xarakterli məlumatlar yayılıb və bu gün də yayılmaqdadır. Belə ki, Azərbaycan Ordusunun “Qrad” yaylım atəşli reaktiv sistemindən istifadə etməsi, PUA-larımızın, tankımızın vurulması, erməni kəndlərinin tərəfimizdən atəşə tutması, yaralılara kömək məqsədilə müxtəlif qan qruplarından qana ehtiyacın olması, guya yaşayış məntəqələrimizdə hərbi təyinatlı vasitələrin yerləşdirilməsi və bu kimi bir sıra digər dezinformasiyaları göstərmək olar. Bütün hallarda bu saxta məlumatları təsdiq edəcək dəlillər təqdim edilməyib”.

V.Dərgahlı bildirib: “Ermənistanla informasiya müharibəsində ön sıralarda siz media nümayəndələri və sosial şəbəkələrdə fəallıq göstərən vətəndaşlarımız, vətənpərvər gənclərimiz dayandı. Döyüşlər barədə geniş auditoriyanın şəffaf, dəqiq və operativ məlumatlarla təmin edilməsində böyük rol oynayan bütün media nümayəndələrinə bir daha dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, fürsətdən istifadə edib 22 iyul - milli mətbuatın yaradılmasının 145 illiyi münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və peşə fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.

Hərbi əməliyyatlar gedən vaxtda ölkəmizin minlərlə vətənpərvər oğul və qızlarının, xaricdə yaşayan soydaşlarımızın, ehtiyatda olan hərbi qulluqçuların, müharibə əlillərinin və veteranlarının Müdafiə Nazirliyinə müraciət ünvanlayaraq Ordumuza dəstək məqsədilə hərbi xidmətə çağırılmalarını və döyüşlərə qatılmalarını xahiş etdiklərini vurğulayan V.Dərgahlı bildirib: “Bu günədək təkcə Müdafiə Nazirliyinin elektron poçt ünvanına 17 minədək müraciət daxil olub. Müdafiə Nazirliyi xalqımızı, o cümlədən müraciət edən hər bir vətəndaşı həmrəylik göstərərək Ordumuza dəstək olduqlarına görə alqışlayır və onlara minnətdarlıq edir. Eyni zamanda, vətəndaşlarımızın diqqətinə çatdırıram ki, hərbi xidmətə çağırışla bağlı müraciəti Müdafiə Nazirliyinə deyil aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə edə bilərlər”.

Xidmət rəisi xüsusi qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan hərbi qulluqçuların ailələrinin hərtərəfli diqqətlə əhatə olunması və onlara yüksək qayğı göstərilməsi istiqamətində konkret addımlar atılır. Bu günlərdə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə nazirliyin bir qrup ali rütbəli zabiti şəhid general-mayor Polad Həşimovun və şəhid polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət ediblər. Hər iki ailəyə Ali Baş Komandan tərəfindən onlar üçün ayrılan mənzillərin sertifikatları təqdim edilib. Bununla yanaşı, son döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində də addımlar atılacaq. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondu son döyüşlərdə şəhid olan hərbi qulluqçuların ailələrinin qayğılarını nəzarətə götürüb.

Vaqif Dərgahlı hərbi əməliyyatların nəticəsi olaraq bildirib ki, hazırda qoşunların təmas xəttində əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı. Düşmənin infrastrukturu, canlı qüvvəsi və hərbi texnikasına vurulan zərbələrin videogörüntülərinin cüzi bir hissəsi tərəfimizdən yayımlandı. Xalqımız əmin olsun ki, Azərbaycanın əsgər və zabitlərinin qanı yerdə qalmadı. Düşmənə sarsıdıcı zərbələr endirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı