İDMAN


Veteran cüdoçumuz Fərhad Rəcəbli doqquzuncu dəfə dünya çempionu olub

Bakı, 11 oktyabr, AZƏRTAC

Mərakeşdə veteran cüdoçular arasında dünya çempionatında Azərbaycan cüdoçusu uğurla çıxış edib.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, veteran cüdoçumuz Fərhad Rəcəbli M-7 kateqoriyası üzrə 90 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Bu, idmançımızın usta cüdoçular arasında qazandığı doqquzuncu çempionluqdur.

Qeyd edək ki, veteranlar arasında dünya çempionatı oktyabrın 10-da start götürüb. Yarışda 12 cüdoçumuz mübarizə aparır. Dünyanın 49 ölkəsindən 1100-dən artıq idmançının gücünü sınadığı dünya çempionatına oktyabrın 13-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.