Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1997-ci ilin dekabrı

Bakı, 9 mart, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

3 dekabr - Prezident Heydər Əliyev peşəkar vokal sənətinin banisi Bülbülün 100 illiyi münasibətilə müğənninin Bakıdakı ev-muzeyində oldu, yubiley tədbirində nitq söylədi.

4 dekabr - ABŞ-nin Azərbaycandakı səfiri Stenli Eskuderonun etimadnaməsini qəbul etdi.

7 dekabr - Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin nümayəndə heyəti ilə görüşdü.

8-11 dekabr - İslam Konfransı Təşkilatının (İKT) üzvü olan ölkələrin dövlət və hökumət başçılarının VIII Zirvə görüşündə iştirak etmək üçün İranda səfərdə oldu. Zirvə görüşündə nitq söylədi, Azərbaycanın Tehrandakı səfirliyini ziyarət etdi.

14 dekabr - “Uşaqlar dünyanın sevincidir” devizi altında Teleteatrda keçirilən şənlikdə çıxış etdi.

23 dekabr - Sosial-iqtisadi problemlərin həllinə, əhalinin təchizatını yaxşılaşdırmaq məsələlərinə həsr olunmuş müşavirə keçirdi.

25 dekabr- Dünya azərbaycanlılarına müraciət etdi.

27 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirilən tədbirdə nitq söylədi.

29 dekabr - “Azərsun” şirkətinin “Caspian İnvestment Bankı”nın yeni ofisinin və “Bakı Xəzər Bitkisel Yağ” fabrikinin açılışında iştirak etdi.

31 dekabr - Şəhid uşaqları və kimsəsiz uşaqlar üçün təşkil olunan Yeni il şənliyində çıxış etdi.

X X X

“Görkəmli şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər”, - deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycan incəsənətinin və mədəniyyətinin inkişafı üçün misilsiz xidmətlər göstərib. Milli və peşəkar musiqi sənətinə yüksək qiymət verən Ulu Öndər xalqımızın musiqi tarixində əvəzsiz xidmətləri olan insanların xatirəsinin əbədiləşdirilməsini, görkəmli sənət adamlarının yubileylərinin keçirilməsini hər zaman diqqətdə saxlayırdı.

Heydər Əliyev 1997-ci il dekabrın 3-də Azərbaycan musiqi mədəniyyətinin görkəmli xadimi, professional vokal sənətinin banisi Bülbülün 100 illiyi münasibətilə müğənninin Fəxri xiyabandakı məzarını ziyarət etdi, onun ev-muzeyində oldu və yubiley tədbirində çıxış etdi.

Bülbülün mədəniyyətimizin, incəsənətimizin inkişafında əvəzsiz xidmətlər göstərdiyini və özündən sonra böyük irs qoyduğunu vurğulayan Ulu Öndər qeyd etdi ki, keçid dövrünün çətinliklərinə, Ermənistanın hərbi təcavüzünün ağır nəticələrinə baxmayaraq, mədəniyyətimizi yaşatmalı və tariximizi qiymətləndirməliyik. Sənətkarın zəngin yaradıcılığından ətraflı söz açan Heydər Əliyev Bülbülün təkrarolunmaz səsi, bənzərsiz ifası ilə xalqın sərvəti olduğunu vurğuladı.

Sitat: Bülbül, onun yaradıcılığı Azərbaycan mədəniyyətinin tarixində nadir, parlaq bir hadisədir. Azərbaycanın gözəl guşələrindən biri olan, canımız qədər istədiyimiz Qarabağ torpağında, müqəddəs Şuşa şəhərində dünyaya gəlmiş Bülbül öz fitri istedadı ilə, fədakarlığı ilə Azərbaycan mədəniyyətinin parlaq ulduzuna çevrilmiş və bizim milli iftixarımızdır…

Bülbülün sənəti, onun bu günə qədər lent yazılarında qalmış məlahətli, təkrarolunmaz səsi, parlaq yaradıcılığı, onun qoyduğu böyük irs Azərbaycan xalqının milli sərvətidir”.

1997-ci ilin dekabrı Heydər Əliyevin daha bir mühüm xarici səfəri ilə yadda qaldı. Dekabrın 10-da İslam Konfransı Təşkilatının (İKT) üzvü olan ölkələrin rəhbərlərinin VIII Zirvə görüşündə iştirak etmək üçün İrana gedən Ümummilli Liderin səfər proqramı olduqca zəngin idi. O, Tehranda Türkiyə, Pakistan, Türkmənistan, Tacikistan, İran, Fələstin, Suriya və Livanın dövlət başçıları, həmçinin Səudiyyə Ərəbistanının şahzadəsi ilə görüşdü və digər görüşlər keçirdi. Eləcə də bir sıra KİV-ə müsahibələr verdi.

Əlli beş ölkənin iştirak etdiyi üçgünlük Zirvə görüşündə İslam ölkələrinin birlik və həmrəyliyinə xidmət edən mühüm qərarlar, qətnamələr qəbul edildi, yekun sənəd olan Tehran bəyannaməsi imzalandı.

Zirvə görüşündə nitq söyləyən Heydər Əliyev Azərbaycanın uzun illərdir Ermənistanın işğalından əziyyət çəkdiyini, 1 milyondan artıq soydaşımızın ağır vəziyyətdə yaşadığını diqqətə çatdırdı. Azərbaycan xalqının İslam Konfransı Təşkilatının təcavüzü pisləyən qərarlarını, Azərbaycana dəstək verməsini yüksək qiymətləndirdiyini diqqətə çatdıran Ulu Öndər İslam ölkələrini daha fəal əməkdaşlığa dəvət etdi.

Sitat: “Müsəlman ölkələri arasında əməkdaşlığı möhkəmləndirmək, xalqlarımızın əmin-amanlığını təmin etmək, onların rifahını yüksəltmək, dinimizi, ənənələrimizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi qoruyub inkişaf etdirmək İslam Konfransı Təşkilatının ən ümdə vəzifəsidir. Bu müqəddəs amalları həyata keçirmək üçün biz daim çalışmalıyıq. Mən hamınızı daha da fəal əməkdaşlıq etməyə dəvət edirəm. Müsəlman xalqları və ölkələri dünyada gedən mürəkkəb proseslərlə üzləşirlər. Bir tərəfdən elm və texnika güclü surətdə inkişaf edir, yeni ixtiralar, texnologiyalar Yer kürəsinin simasını dəyişdirir, o biri tərəfdən bir çox xalqlar aclıqdan, yoxsulluqdan, cəhalətdən əzab çəkirlər. Ona görə biz tərəqqi ilə ayaqlaşmalıyıq, inkişaf etmiş ölkələrin səviyyəsinə qalxmalıyıq. Son illər ərzində Azərbaycan müsəlman ölkələri ilə siyasi, iqtisadi, ticarət və mədəni əlaqələri xeyli inkişaf etdirib. Həm İslam Konfransı Təşkilatı, həm də başqa beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımız məhsuldar və faydalı olub”.

Keçid dövrü yaşayan Azərbaycan bir çox sosial-iqtisadi çətinliklərlə üzləşirdi. Əhali işıq, qaz sarıdan əziyyət çəkirdi. Bu vəziyyət, yol verilən nöqsanlar Heydər Əliyevi narahat edirdi. Buna görə də 1997-ci il dekabrın 23-də sosial-iqtisadi problemlərin həllinə, əhalinin təchizatini yaxşılaşdırmaq məsələlərinə həsr olunmuş daha bir müşavirə keçirdi. Elektrik, su, qaz təchizatı, nəqliyyat və kommunal təsərrüfatı sahələrində mövcud vəziyyətlə bağlı müvafiq qurumların hesabatlarını dinlədi. Diqqəti işdə yol verilən nöqsanlara yönəldərək, bəzi məmurların köhnə üsul-idarə ilə işləməsindən narazılığını ifadə etdi. Respublikanın böyük enerji potensialı olduğunu vurğulayaraq qarşıda duran vəzifələrdən danışdı və qəti tapşırıqlar verdi: İqtisadiyyatın səmərə verməsi və insanların həyati tələbatlarının təmin olunması üçün nə lazımdırsa edilməlidir.

X X X

Heydər Əliyevin sosial-iqtisadi problemlərin həllinə həsr olunmuş müşavirədəki nitqindən

*Çox böyük qürur hissi ilə qeyd etmək olar ki, elektrik enerjisi istehsal etmək üçün Azərbaycanın geniş istehsal potensialı vardır. İndi respublikanı elektrik enerjisi ilə təmin edən istilik, su elektrik stansiyaları 5 min meqavat elektrik enerjisi verməyə qadirdir. Bu, çox böyük imkandır. Fəxr etməliyik ki, vaxtilə biz bu elektrik stansiyalarını yarada bilmişik və onlar bu gün Azərbaycan Respublikasına, xalqımıza xidmət edir. Bizim respublikanı təmin etmək imkanına malik olan neft mədənlərimiz vardır. Yəni bir çox ölkələrlə müqayisədə biz kənardan nə neft, nə də neft məhsulları almaq məcburiyyətində deyilik. Ölkəmizdə hasil olan neft həm Azərbaycanın tələbatını təmin edir, həm də onun bir qismi satılaraq respublikamızın iqtisadiyyatı üçün gəlir gətirir. Bu da müstəqil bir dövlət kimi Azərbaycanın çox böyük potensiala malik olduğunu göstərir.

* Əgər biz vaxtilə - 1970-1980-ci illərdə bu nəhəng elektrik stansiyalarını qurub-yaratmasaydıq indi vəziyyətimiz necə olardı? Zaqafqaziyanın digər respublikalarındakı vəziyyət sizə məlumdur. Onlar nə qədər əziyyət çəkirlər, amma bu əziyyət içində də yaşayırlar. Onlara nisbətən bizim respublikamızın vəziyyəti qat-qat yaxşıdır və bunu qiymətləndirmək lazımdır. Amma eyni zamanda, bu gün bizi narahat edən odur ki, bu imkanlardan nə qədər səmərəli istifadə edirik. Bu sahədə nöqsanlar, çatışmazlıqlar çoxdur, bir çox orqanlar və həmin orqanlara rəhbərlik edən vəzifəli şəxslər tərəfindən səhlənkarlıq, məsuliyyətsizlik hallarına yol verilir. Bunları aradan qaldırmaq lazımdır.

*Müəyyən bir müddətdən sonra Azərbaycanın həm elektrik enerjisi, həm qaz və başqa vasitələrlə təminatı xeyli yaxşılaşacaq. İndi isə biz müəyyən qədər məhdud olan imkanlardan səmərəli istifadə etməliyik. Hesab edirəm ki, bu imkanlardan səmərəli istifadə olunmur, israfçılığa, itkilərə yol verilir. Nəzarətsizlik, məsuliyyətsizlik baş alıb gedir. Əgər biz elektrik enerjisi haqqında danışsaq, bu gün burada tam aşkar oldu ki, istehsal edilən enerjinin hamısından səmərəli istifadə edə bilsək, təminat bundan xeyli yaxşı ola bilər.

*Mən tam əminəm ki, bir neçə ildən sonra Azərbaycan, keçmiş zamanlarda olduğu kimi, qazla tamamilə təmin ediləcək. Bu, bizim həqiqi gələcəyimizdir. Amma ölkələr var ki, belə imkanı bu gün də yoxdur, beş ildən də sonra olmayacaq, on ildən də sonra olmayacaq. Çünki onların belə təbii sərvətləri yoxdur.

*Güman edirəm, bu ilin yekunlarına görə respublikanın iqtisadi göstəriciləri 1996-cı ildən üstün olacaq. Aparılan islahatlar, - həm siyasi islahatlar, həm iqtisadi islahatlar, - şəhərlərdə də, kənd yerlərində də öz nəticəsini verir. Hesab edirəm ki, biz 1998-ci ildə islahatların daha da güclü aparılması, özəlləşdirmə proqramının daha geniş həyata keçirilməsi üçün yaxşı şərait yaratmışıq. Ona görə də ilin son günlərini,- adətən bu, həmişə belə olub, dövlət işində olan adamlar bunu yaxşı bilirlər, - biz daha da gərgin işləməli, üzərimizə düşən bütün vəzifələri yerinə yetirməli və 1998-ci ili layiqincə qarşılamalıyıq. Ancaq bu müşavirənin əsas məqsədi, əsas vəzifəsi respublikada sosial sahədə, xüsusən əhalinin elektrik enerjisi, qaz, istilik, su, nəqliyyat ilə və başqa sahələrdə təminatını ödəməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO