Azərbaycan Dövlət İnformasiya Agentliyi

® ABB-də səhm sahibi olmaq vətəndaşlarımız üçün çox böyük qazanc fürsətidir

®  ABB-də səhm sahibi olmaq vətəndaşlarımız üçün çox böyük qazanc fürsətidir

Müsahibimiz ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovdur.

- Abbas müəllim, bu günlərdə ABB-nin səhmlərinə abunə yazılışı başlanıb. Bankın yeni səhmlərinin buraxılması və kütləvi şəkildə vətəndaşlara təklif edilməsi hansı zərurətdən irəli gəlir?

- Kütləvi təklif üsulu ilə ABB-nin yeni səhmlərinin emissiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 31 avqust tarixli müvafiq Sərəncamının icrası çərçivəsində həyata keçirilir. Bildiyiniz kimi, sözügedən Sərəncamda dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər nəzərdə tutulur. Bu dövlət qurumlarından biri də ABB-dir. Əsas məqsəd, vətəndaşlarımızın ABB-nin idarə edilməsində iştirakının genişləndirilməsi, ən mühümü isə ölkəmizdə qiymətli kağızlar bazarının inkişafıdır. Ölkəmizdə ilk dəfədir ki, bu miqyasda və formatda səhmlərin kütləvi təklifi həyata keçirilir. Bu tarixi addımı atmaqla qürur duyuruq.

- Özəl investisiyaların cəlbi ABB-yə nə verəcək?

- Biz bankımızın fəaliyyəti haqqında mütəmadi hesabatlarımızı, məlumatlarımızı şəffaf qaydada tez-tez bütün maraqlı tərəflərlə bölüşürük. Bu hesabat və məlumatlarımızdan da görünür ki, ötən bir neçə il ərzində ABB necə böyük inkişaf yolu keçib. Bankımızın kapital mövqeyi güclənib, səmərəli fəaliyyəti təmin olunub. Bu gün ABB müasir korporativ standartlara uyğun idarə edilir. Çox geniş miqyasda rəqəmsallaşdırma layihələri həyata keçirmişik. Kredit, risk, kadr siyasətinin təkmilləşdirilməsi, xidmət şəbəkəsinin inkişafı istiqamətində də ciddi nailiyyətlərimiz var. Bankçılıq xidmətlərini tam rəqəmsallaşdırmışıq. Müştərilərimizin maliyyə ekosisteminə aid digər ehtiyaclarını da qarşılamaq üçün yeni uğurlu rəqəmsal investisiya və sığorta biznesi qurmuşuq. İnkişaf strategiyamıza uyğun olaraq həm mövcud bizneslərimiz üzrə böyümək, həm də yeni bizneslərə daxil olmaq hədəflərimiz var. İlin sonunadək ABB yeni müştəri seqmentinə, kiçik bizneslərə öz yeni rəqəmsal həlli ilə xidmət göstərməyə başlayacaq. Bankımıza özəl investisiyaların cəlbi bu inkişaf proseslərini daha da sürətləndirəcək və miqyasını genişləndirəcək. Əlavə kapitalın cəlbi ABB-nin daha da böyüməsinə şərait yaradacaq. Xüsusilə real sektorun maliyyələşdirilməsində yeni imkanlar açacaq.

- ABB-nin uğurlu fəaliyyətini bir neçə rəqəmlə necə ifadə edə bilərsiniz?

- ABB ötən ilin nəticələrinə əsasən, ölkənin ən mənfəətli bankı olub, Beynəlxalq Mühasibat Uçotu Standartları əsasında hazırlanmış hesabatlara görə, bankımız səhmdarlarımıza 380 milyon manat mənfəət qazandırıb. Aktiv müştərilərimizin sayı son 3 ildə 2 dəfə artıb. Bankın kapital adekvatlığı 21 faizdir, bu isə requlyativ tələbi 9 faiz bəndi üstələyir. Rəqəmsal həllərimiz nəticəsində bu gün bankda satılan kreditlərin və kartların 60 faizə yaxını, korporativ müştərilərimizin əməliyyatlarının isə 95 faizə qədər hissəsi tam rəqəmsal formada, filiallardan kənar, yəni müştərilərlə təmassız həyata keçirilir. Bu gün bankımızda xərclərin gəlirlərə nisbəti əmsalı 39 faizdir. Bu isə dünyada ən effektiv çalışan kommersiya banklarının orta göstəricisindən aşağıdır. Yəni, bütün bunlar onu göstərir ki, son illər ABB komandasının gördüyü işlər bankımızı daha sağlam, səmərəli, effektiv və rəqabətli edib. Bütün uğurlarımızın mərkəzində ABB komandasının hər bir üzvünün əməyi var. Digər bir maraqlı nəticəmizi də sizinlə bölüşüm. Bəzən müştəri sayı artdıqda, həmin müştərilərə xidmət keyfiyyəti tədricən azalır. ABB-də isə bu, belə deyil. Əksinə, bir neçə ildir “Net Promoter Score”, yəni “Tövsiyə sorğusu” göstəricimiz hər il daha da yaxşılaşır. Bu yaxınlarda, müstəqil marketinq araşdırmaları şirkətinin apardığı sorğu nəticəsində ABB ən yüksək göstərici ilə - 64,8 faizlik nəticə ilə banklar arasında “Tövsiyə çempionu” olub. Müştərilərimiz öz dostlarına, qohumlarına, tanışlarına bankımızı əminliklə tövsiyə edirlər. Sorğunun nəticələri barədə mətbuata əlavə açıqlamalarımız olacaq.

- ABB-nin nə qədər səhmi satışa çıxarılır?

- Hazırda dövriyyədə ABB-nin 4,5 milyard ədəddən artıq səhmi var. Bu səhmlərin 96,37 faizi dövlətimizə, qalan hissəsi isə özəl investorlara məxsusdur. ABB səhmlərinin kütləvi təklifi çərçivəsində dövriyyəyə daha 322 milyon ədəd səhmin buraxılması və investorlara satılması nəzərdə tutulur. Bir səhmin nominal qiyməti 27 qəpikdir. Hər bir investor kiçik məbləğlə, yəni 100 ədəd səhmdən başlayaraq ABB-nin səhmlərini ala bilər. Bu, hər bir Azərbaycan vətəndaşının ABB-də səhm sahibi olmasına imkan verir.

- Bəs nə qədər yeni investor cəlb etməyi hədəfləyirsiniz?

- Hədəfimiz on minlərlə yeni investor cəlb etməkdir. Sərəncamın niyyətindən irəli gələrək, iri özəl investorların deyil, məhz kiçik pay sahiblərinin cəlbinə çalışırıq. Prosesə “ABB Bizik” şüarlı imic filmi ilə başlamağımız, abunə yazılışının startını “Mərkəzdən hər kəsə!” sloqanı ilə elan etməyimiz də məhz bu məqsəddən irəli gəlir. İstəyimiz Azərbaycan vətəndaşlarına tamamilə yeni, alternativ investisiya aləti təqdim etməkdir, eyni zamanda, kapital bazarının canlanmasına öz töhfəmizi verməkdir. Təsəvvür edin ki, cəmi 27 manatdan başlayan kiçik bir investisiya ilə hər kəs indiyə qədər xidmət aldığı, inandığı, dəyər verdiyi bankda - ölkənin ən böyük bankında pay sahibi olur. Bankın idarə olunmasında səhmdar kimi iştirak edir, mənfəətindən qazanır.

- Emissiya prosesi başa çatdıqdan sonra nizamnamə kapitalının strukturunda səhmdarların pay bölgüsü necə olacaq?

- Azərbaycan dövləti yenə ABB-nin əsas böyük səhmdarı kimi qalacaq. Özəl investisiyaların cəlb edilməsi prosesi tamamilə yekunlaşdıqdan sonra dövlətin iştirak payı 90 faizədək azalacaq. Özəl investorların payı isə 10 faizədək artacaq.

- Səhmləri necə almaq olar?

- ABB-nin səhmlərini, ilk növbədə, “ABB mobile” tətbiqi ilə sifariş vermək mümkündür. Qeyd edim ki, ABB bu sahədə də mühüm bir ilkə imza atdı. Ölkəmizdə ilk dəfə olaraq səhmlərə rəqəmsal platforma vasitəsilə abunə yazılışına şərait yaratdıq. Faydalı rəqəmsal təcrübənin vətəndaşlarımız arasında daha çox yayılması üçün əsas arzu və gözləntimiz səhm sifarişlərinin məhz “ABB mobile” tətbiqi vasitəsilə edilməsidir. İnvestorlar üçün ən rahatı və sadəsi budur. Vaxt itirib heç yerə getmədən cəmi bir neçə toxunuşla “ABB mobile” tətbiqi üzərindən bankın səhmlərinə abunə yazılışı üçün sifariş yerləşdirmək olar.

Təbii ki, alternativ satış kanallarından istifadə etmək istəyən vətəndaşlarımız yenə var və biz onları da nəzərə almışıq. ABB-nin səhmlərinə bankımızın filiallarında, həmçinin “ABB İnvest” şirkəti və ölkəmizdəki bütün digər investisiya şirkətləri vasitəsilə də abunə yazılmaq mümkündür. Kanalları genişləndirmək üçün tərəfdaşlarla müzakirələrimiz yenə davam edir. Bu barədə yeniliklərimiz olduqca məlumat veriləcək. Onu da qeyd edim ki, ABB səhmlərinə investisiya imkanlarını daha əlçatan etmək məqsədilə Milli Depozit Mərkəzi, Bakı Fond Birjası və investisiya şirkətləri investorlar üçün bütün komissiyaları ləğv edib. Fürsətdən istifadə edib, proses zamanı bizə dəstək göstərən Azərbaycan Mərkəzi Bankına, Azərbaycan İnvestisiya Holdinqinə və bütün tərəfdaşlarımıza təşəkkür edirik.

- İyunun 11-dən indiyə qədər artıq nə qədər investor sifariş yerləşdirib?

- Hazırda ABB-nin 1800-ə yaxın özəl səhmdarı var. Təsəvvür edin ki, qısa müddət ərzində artıq üç dəfə bundan artıq sayda, 6000-dən çox investor öz sifarişlərini yerləşdirib. Bu, bankımızın səhmlərinə olan böyük marağı göstərir. Qeyd etdiyim kimi hədəfimiz odur ki, bankımıza on minlərlə yeni investor cəlb edək.

- ABB-də səhm sahibi olmaq vətəndaşlara maddi olaraq nə qazandıracaq? Bunu rəqəmlərlə ifadə edə bilərsiniz?

- Son 6 ildə ardıcıl olaraq səhmdarlarımıza yüksək dividend ödəyirik. 2023-cü ilin maliyyə nəticələri əsasında da ABB-nin səhmdarlarına 185 milyon manat məbləğində dividend ödədik. Bu, hər səhm üzrə 4,1 qəpik deməkdir. Beləliklə, nominal qiymətlə hesablasaq, səhmlərimiz üzrə dividend gəlirliliyi 15,1 faizə yüksəlib. Səhm üzrə dividend isə son 3 ildə 2,8 qəpikdən 4,1 qəpiyə, yəni 46 faiz artıb. Onu da qeyd edim ki, təkcə elə ötən il bir səhmə düşən mənfəət 8 qəpik olub, yəni səhmin gəlirliliyi 31 faizə yüksəlib. Bankımız daha çox qazandıqca, mənfəəti artdıqca, səhmdarlarına daha çox dividend ödəyəcək. Bu baxımdan, ABB-də səhm sahibi olmaq vətəndaşlarımız üçün çox böyük qazanc fürsətidir. Səhmdarlarımız bir tərəfdən hər il yüksək dividend qazanırlar, digər tərəfdən isə onların sahib olduqları səhmlərin dəyərinin ildən-ilə artma potensialı var. Əlavə olaraq, 2028-ci ilin fevralın 1-nə qədər Bakı Fond Birjasının listinqində olan səhmdar cəmiyyətlərin, o cümlədən ABB-nin səhmləri üzrə ödənilən dividendlərə görə fiziki şəxslərdən vergi tutulmayacaq.

- Son sualımız: tam yerləşdirmədən sonra ABB-nin yeni səhmdarlarının öz səhmlərini satmaq imkanları da olacaq?

- Bəli, bu gün də mövcud səhmdarlarımız təkrar bazarda investisiya şirkətləri vasitəsilə səhmlərini sata və ya yeni səhmlər ala bilərlər. Qeyd edim ki, hazırda təkrar bazarın da rəqəmsallaşdırılması istiqamətində Azərbaycan Mərkəzi Bankı, Milli Depozit Mərkəzi və Bakı Fond Birjası ilə birgə işlər aparılır. Hədəfimiz odur ki, ilin sonunadək “ABB mobile” üzərindən həm ABB-nin səhmlərinin, həm də digər səhmlərin təkrar bazarda alqı-satqısı platformasını yaradaq, beləliklə səhmlərin likvidliyini tam təmin edək. Bu bazar ABB-nin son dövrlər fəal şəkildə daxil olduğu yeni biznes istiqamətidir. Ona görə qiymətli kağızlar bazarının inkişafı bankımızın kommersiya fəaliyyətinə də çox müsbət təsir göstərəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Müstəqilliyin Bərpası Günü: Tarixi qərar, milli iradə və dövlətçilik məsuliyyəti - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Sankt-Peterburqda dron hücumundan sonra baş verən yanğınlar söndürülür

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq