® “Azercell”in “Barama” Mərkəzindən “Mayak” layihəsinə dəstək
“İdeyadan Biznesə” layihəsinin final turunda çıxış edən startapa öz fəaliyyətini uğurla davam etdirməsi üçün “Barama” Mərkəzi yardımçı qismində çıxış edir
Ölkəmizdə biznes sahəsində yeniliklərə təkan verməyə, rəqəmsal dünya və sahibkarlıq ekosistemini inkişaf etdirməyə yönəlmiş layihələrdə iştirak edən “Azercell Telekom” MMC-nin “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzi daha bir startapa dəstək olur. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə həyata keçirilən “İdeyadan Biznesə” layihəsinin final turunda çıxış edən “Mayak” layihəsinin öz fəaliyyətini uğurla davam etdirməsi üçün “Barama” Mərkəzi yardımçı qismində çıxış edir. Mərkəzdə startap komandasına xüsusi yer ayıran “Barama” rəhbərliyi layihə yaradıcılarını İnkubasiya proqramına da dəvət edərək, mərkəz tərəfindən təşkil olunan bütün tədbir və təlimlərdə iştirakını təmin edib. Dekabrın 21-də “Azercell” şirkətinin əməkdaşları, “Yüksək Texnologiyalar Parkı”nın nümayəndəsi “Mayak” layihəsinin yaradıcıları ilə görüşüb. “Azercell” şirkətinin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya, “Barama” Mərkəzinin rəhbəri İmran Bağırov, “İdeyadan Biznesə” layihəsində, eləcə də “Bakutel” sərgisində uğurlu iştirakına görə komandanı təbrik edib, onlara hədiyyələr təqdim ediblər.
Məlumat üçün bildirək ki, “Mayak” layihəsinin məğzi gəncləri təhsil sferasındakı yeniliklər barədə məlumatlandırmaq, eləcə də qrantlar, təqaüd, təcrübə və könüllülük proqramları, layihələr, təlimlər, konfranslar, tədris kursları haqqında informasiyaları portal vasitəsilə cəmiyyətə çatdırmaqdır.
Qeyd edək ki, əsas məqsədi startapçıların öz bizneslərini qurmasına, müasir xidmətlər göstərməsinə və yeni müştərilər əldə etməsinə kömək etmək olan “Barama” Mərkəzi 2015-ci ildən etibarən ölkənin aparıcı şirkətlərindən biri olan “PAŞA Bank” tərəfindən dəstəklənir. İlk biznes inkubatoru olan “Barama”da 9 il ərzində 80-dən çox layihə fəaliyyətə başlayıb ki, onlardan 20-si hazırda müstəqil şirkətlərdir.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80 faizini (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və sair. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.