Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Emil Yusifov: Etdiyimiz əməliyyatlar mikroskopla böyüdülsə də, əllərimiz mikronluq patologiyaları düzəldir

®  Emil Yusifov: Etdiyimiz əməliyyatlar mikroskopla böyüdülsə də, əllərimiz mikronluq patologiyaları düzəldir

Bu gün Azərbaycanda oftalmologiyanın inkişafı istiqamətində mühüm addımlar atılır. Müasir oftalmoloji diaqnostika üsulları göz xəstəliklərini erkən mərhələlərdə aşkar etməyə, effektli müalicə və profilaktika aparmağa imkan verir. Görmə orqanı ilə bağlı hansısa narahatlıq yarananda isə biz, ilk növbədə, şəfalı əlləri ilə gözlərə nur paylayan həkim-oftalmoloqlara üz tuturuq. Belə yüksəkixtisaslı həkimlərimizdən biri də uzman Dr. Oftalmoloq-cərrah Emil Yusifovdur. Ümumilikdə səhv əməliyyat və düzgün olmayan müalicə nəticəsində problem yaranmış xəstələrə şəfa bəxş etməsi ilə şöhrət qazanan həkimin təcrübəsində düzgün olmayan əməliyyat nəticəsində görmələrində problem yaranmış xəstələrin müalicə olunaraq 100 faiz görmələrini bərpa etmələri kimi nailiyyətlər mövcuddur.

-“Gözlər qəlbin aynasıdır” deyirlər. Biz gözümüzlə görürük, sevirik, nifrət edirik. Maraqlıdır, Emil Yusifov niyə məhz gözlərə nur bəxş edən oftalmoloq peşəsini seçdi?

-Uşaq vaxtı ətrafımda görmə qabiliyyətini tamamilə itirmiş insanlar vardı. Həkim olmağa qərar verdiyim gün özümə söz vermişdim ki, gələcəkdə həkim olub göz köçürülməsi əməliyyatı icra edəcəyəm. Adətən göz köçürülməsi əməliyyatı dediyimiz zaman insanlar buynuz qişa köçürülməsini nəzərdə tuturlar. Lakin mən insan gözü transplantasiyasını nəzərdə tuturdum. O düşüncə, o arzu məni göz həkimi etdi. Tibb Universitetində oxuduğum zaman bu istəyim daha da dərinləşdi və hədəfə doğru irəliləməyə başladım. Bilirsiniz, görmə qabiliyyətinin pozulması və ya itirilməsi həyat fəaliyyətində yaranan problemlə yanaşı, həm də ətraf mühitdən təcrid olunmağa, onun gözəlliklərindən uzaq düşməyə səbəb olur. Düşünürəm ki, bizə verilən görmə duyğusu bir möcüzədir. Bu möcüzənin bir hissəsi olmaq, onu qorumaq mənim üçün şərəfdir. Etdiyimiz əməliyyatlar mikroskopla böyüdülsə də, əllərimiz mikronluq patologiyaları düzəldir. Bizim səhv etməyə ixtiyarımız yoxdur. Çalışıb sahəmizin ən yaxşılarından olmalıyıq.

-Göz xəstəliklərinin və korluğun qarşısını almaq mümkündürmü?

-Göz əməliyyatlarından sonra müxtəlif ağırlaşmalar olur. Bu xəstədən-xəstəyə dəyişir. Təbii ki, ağırlaşmış xəstədə hər zaman 100% görmə almaq mümkün olmur. Ağırlaşmış xəstə artıq bir dəfə talesizlik yaşamış xəstə deməkdir. Artıq gözündə bir sıra proseslər baş verib və onlar da gözün daha da pis vəziyyətə gəlməsi ilə nəticələnib. Biz mövcud durumu düzəltmək üçün oradakı qalan hüceyrələrdən, toxumalardan istifadə etməyə çalışırıq. Amma bu da hər zaman görmənin yaxşılaşması ilə sonuclanmır. Odur ki, qərar verməmişdən əvvəl bu əməliyyatın xəstəyə nə qazandıracağını,hansı nəticəni əldə edəcəyimizi düşünürük. Burada xəstənin yalnız görməsi deyil, onun konfortu, hissləri də nəzərə alınır. Bu səbəbdən də hər ağırlaşmanın özünə görə bir proqnozu var. Bu xəstədən, xəstəlikdən, mövcud durumdan-duruma çox dəyişir.

-Ümumiyyətlə, göz zəifliyinin yaşla əlaqəsi varmı?

- Təbii ki, əlaqəsi var. İdeal yaşlanma presbiopiya və ardınca da el arasında "mirvari suyu" deyilən katarakta xəstəliyi gətirir. Göz həkimləri arasında belə bir deyim var: “Hamı katarakta olur, amma baxır hansı yaşda”. Bəziləri 70, bəziləri 80,bəziləri isə 90 yaşında bu xəstəliklə üz-üzə qalır. Əgər kimsə 70 yaşında vəfat edibsə və katarakta olmayıbsa, deməli onun kataraktı 80 yaşında olacaqmış. Yəni, bu proses qaçınılmazdır. Katarakta xəstəliyi gözün şəffaf büllurunun bulanması nəticəsində yaranır. Katarakta işıq şüasının gözə daxil olmasına maneçilik törədir, beləliklə də insanın görmə qabiliyyəti zəifləyir. İdeal yaşlanma baş verərsə, biz presbiopiya problemini və katarakta xəstəliyini yaşayırıq. Amma təəssüf ki, müasir günümüzün insanı şəhərdə, xüsusi ilə sağlam olmayan ortamda yaşadığından, bəzən yaşından tez yaşlanır və müxtəlif xəstəliklər qazanır. Bu xəstəliklərdən ən klassiki şəkərli diabetdir. Günümüzdə bir çox insan şəkərli diabetin ağırlaşmalarını yaşayır. Şəkərli diabetdən ən çox zərər görən orqanlardan biri də gözlərdir.20 ildən sonra şəkərli diabet səbəbindən oftalmoloji fəsadlarla üzləşən insanların sayının 1,5 dəfə artacağı proqnozlaşdırılır. Növbəti yerlərdə təzyiq xəstəliyi, revmatizm, müxtəlif infeksion-iltihabi xəstəliklər gəlir. Bütün bu xəstəliklər gözdə yansımasını tapır və öz ağırlaşmalarını verir. Yaş artdıqca isə bu xəstəliklər və onların altında yatan xəstəliklər də aqressivləşir. Bütün bunlar xəstə üçün daha ağır nəticələrə gətirib çıxardır. Ona görə də profilaktik təbabət inkişaf etməlidir. Bu gün icbari tibbi sığorta sisteminin tətbiqi, inkişafı, əldə olunan nailiyyətlər gələcəyə optimist baxmağa imkan verir. İnsanlar artıq həkimə hər şey pis olduğu zaman deyil, profilaktik məqsədlə də müraciət edəcəklər. Xarici ölkələrdə insanlar 50 yaşından sonra hər 5 ildən bir qastroenteroloji, 40 yaşından sonra kardioloji müayinələrdən keçirlər. Uşaq dünyaya gəldikdən sonra ilk 1 il ərzində heç olmasa,1 dəfə oftalmoloji müayinəyə aparırlar, həkim-otolorinqoloqun qəbulunda olurlar, sağlamlıq tarama testləri edirlər. Yəni, bütün bunlar daha sağlam nəsil üçün edilir. Çünki sağlam insanlar ölkənin ən dəyərli sərvətidir. Bizim də sağlam nəsilə, sağlam gəncliyə ehtiyacımız var. Odur ki, profilaktik tibbin inkişafına çox sevinirəm. Çünki xəstəliklərin qarşısı profilaktika ilə alına bilər. Xəstəliklər yaranmadan, orqanizmə zərərlərini vermədən onların qarşısını aldığımız zaman daha yaxşı nəticələr əldə edə bilirik.

-Müasir oftolmologiyada hansı yeniliklərdən danışmaq olar?

-Müasir oftolmologiya tibbin digər sahələrində olduğu kimi çox sürətlə inkişaf edir və yeni müalicə üsulları və müayinə metodları yaranır. Bu yeniliklərdən xəbərdar olmaq, onları iş prosesinə tətbiq etmək üçün orta statistik həkimin yeni ədəbiyyatla yaxından tanış olması, son tədqiqatların nəticələrini əks etdirən elmi məqalələr oxuması, respublika və beynəlxalq elmi konfranslarda iştirak etməsi şərtdir. Bunun üçün də təbii ki, həkimin maddi rifah səviyyəsi yüksək olmalıdır. Bu gün icbari tibbi sığorta sisteminin tətbiqini vətəndaşın rifahına əsaslanan sosial siyasətin ən önəmli qolu hesab etmək olar. Mən dövlətin sığorta siyasətinə ilk gündən optimist yanaşırdım və əmin idim ki, bu baş verəcək. Gözlədiyimiz kimi, bu gün gözəl nəticələr əldə olunub. Vətəndaşlara dövlət və özəl xəstəxanalarda tam ödənişsiz keyfiyyətli tibbi xidmət göstərilir. Düşünürəm ki, yaxın gələcəkdə xəstələrin özəl xəstəxanalara göstəriş ala bilmək imkanları artırılarsa, bu ölkəmizdə sağlam rəqabət və tibbin inkişafı üçün atılmış müsbət addım olacaq.

- Emil Yusifov, 2024-cü il ərzində hansı uğurlu oftalmoloji cərrahi əməliyyatlara imza atıb?

- Dünyada geriyədönməz korluğun əsas səbəblərindən biri qlaukomadır. Hazırda dünyada 80 milyondan çox insan glaukomadan əziyyət çəkir. Buna görə də, alimlər daim qlaukomanın yeni müalicə metodlarının axtarışındadırlar. Son illərdə qlaukoma cərrahiyyəsində yeni üsul kimi Minimal İnvaziv Qlaukoma Cərrahiyyəsi (MİQC) meydana gəlib və aparılan tədqiqatlarda bu müalicə üsulunun effektivliyi və təhlükəsizliyi təsdiqlənib. MİQC digər qlaukoma cərrahi metodları ilə müqayisədə bir çox üstünlüklərə malikdir. Minimal İnvaziv Qlaukoma Cərrahiyyəsi əvvəllər icra olunan əməliyyatlardan daha az travmatik olması, ab-interno yanaşma ilə konyuktivanı daha az zədələməsi, əməliyyatın icra müddətinin daha qısa olması, əməliyyatdan sonrakı dövrdə daha tez reabilitasiya və s. imkanlara malik olduğu üçün daha üstündür. Bu əməliyyat zamanı 250 mikron ölçüyə malik “iStent” dediyimiz mikroimplantlar gözün ön bucağına yerləşdirilir. Bu əməliyyat xəstələrdə uğurlu nəticə almağa şərait yaradır. Təxminən 1ay öncə mən bir neçə xəstə üzərində bu əməliyyatı icra etdim və olduqca yaxşı nəticə əldə etdik.

Növbəti uğurlu əməliyyatımız isə GATT əməliyyatı oldu. GATT qonioskop vasitəsilə translüminal trabekulotomiya əməliyyatı deməkdir. Bu cərrahiyyə mikroinvaziv qlaukoma cərrahiyyəsi qrupunun bir əməliyyat növüdür. Gözün xaricindən olunan qlaukoma əməliyyatlarına görə bir çox üstünlükləri var. Əsas üstünlük minimal travmatik olması və xəstənin tez sağalmasıdır. Göz təzyiqi xəstələrində, başlanğıc və orta səviyyəli qlaukomalarda, hətta irəliləmiş qlaukoma xəstələrində konyuktiva təbəqəsini qorumaq üçün ideal bir cərrahiyyə əməliyyatı sayılır. Gənc insanlarda kiçik kəsikdən gözün içinə girərək təzyiq xəstəliyini bu əməliyyatla aradan qaldırmaq mümkündür. “Qara su” kimi tanınan göz təzyiqi-qlaukoma xəstəliyi oftalmologiyada ən təhlükəli göz xəstəliklərdən biri hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qlaukoma kataraktadan sonra korluğa səbəb olan xəstəliklər arasında ikinci yerdədir. Onu da qeyd edim ki, xəstəliyin erkən mərhələdə aşkar edilməsi, müalicəsi böyük əhəmiyyət daşıyır. Çox sevinirəm ki, artıq GATT əməliyyatını xəstələrimizə tətbiq edirik və çoxlu sayda uğurlu nəticələrimiz var. Bu il imza atdığım 3-cü uğurum keratokonus xəstəliyinin müalicəsində oldu. Keratokonus xəstəliyi zamanı buynuzlu qişa nazilir, uzanır və konus formanı alır. Keratokonus isti ölkələrdə yaşayan insanların xəstəliyidir. Keratokonus hətta korluğa da səbəb ola bilər. Xəstəlik adətən uzun illər ərzində inkişaf edir. Əsasən 13-14 yaşlarında başlanmasına baxmayaraq, 20 yaşından sonra şikayətlərə səbəb olur 30 yaşlarında geridönüşü olmayan ciddi ağırlaşma baş verir. Keratokonus nəticəsində göz heç bir obyekti fokuslaya bilmədiyindən insan yazı yazanda, televizora baxanda, maşın sürəndə, kompüterdə işləyəndə əziyyət çəkir. Xəstəliyin səbəbləri tam olaraq bilinmir, amma risk faktorları kimi irsiyyət və gözün mexaniki travmaları önəmli rol oynayır.

Bu xəstəlikdə yeni müalicə üsulu buynuzlu qişanın incələn, əyilmə göstərən bölgəsinə ringlərin (halqaların) və yarım halqaların implantasiyasıdır. Ringlər biomateriadan hazırlanır və buynuz qişanın qalınlığını, topoqrafiyasını dəyişərək, xəstənin görmə qabiliyyətinin yaxşılaşmasına, demək olar ki, bu xəstəlikdən qurtulmasına gətirib çıxardır. Artıq 2-3 ildir ki, dünya oftalmologiyasında bu üsuldan istifadə olunur. Ölkəmizdə isə bu əməliyyatı ilk icra edən həkimlərdən biriyəm. Bu barədə ağızdolusu danışmaq olar. Həm bizim, həm də xəstələrimizin üzünü güldürən nəticələr əldə etmişik. 10-15% görən xəstələr, birdən-birə 80% görməyə başlayırlar. Bu, çox ciddi nəticədir.

-Göz əməliyyatlarından sonra nələri etmək olmaz? Hansı qaydalara riayət olunmalıdır?

-Hər əməliyyatın özünə məxsus qadağa və tövsiyələri var. Məsələn, eynəkdən qurtulma əməliyyatlarından sonra adətən biz hovuza, dənizə girməyi qadağan edirik, günəşdə olmağı məsləhət görmürük. Katarakta əməliyyatından sonra gözü ovuşdurmaq olmaz, vaxtlı-vaxtında göz damcıları tökülməlidir, əməliyyat sonrası müayinələrə vaxtında gəlmək lazımdır. Torlu qişa (retina) əməliyyatlarından sonra da bir neçə həftə yataq rejimini gözləmək lazımdır. Bəzi xəstələrimizə üzü üstdə, bəzilərinə isə başını sağa və ya sola əyərək yatmaq tövsiyə olunur. Yəni, hər bir əməliyyatdan sonra əməl etməli olduğumuz fərqli qaydalar var və bu qaydalar standart deyil, əməliyyatdan asılı olaraq dəyişir. Cərrahi müdaxilədən sonra bütün xəstələrdən yalnız 2 tələbimiz var: Göz damcılarını tökmək və vaxtı-vaxtında həkimə getmək.

- Getdikcə eynək taxan uşaqların sayı artır. Adətən valideynlər də deyirlər ki, uşaqlar daha çox kitab oxuduğuna görə gözləri ağrıyır. Bu, həqiqətənmi belədir?

- Gözdə yaranan xəstəliklər, görmə qabiliyyətinin zəifləməsi və səbəbləri daimi olaraq insanlarda müxtəlif suallar yaradır. Bəzən valideynlər narahat olur ki, uşağımız çox dərs oxuyur, gözü zəifləyəcək. Amma kitab oxumaq heç bir halda görmə qabiliyyətinə mənfi təsir etmir. Əksinə, kitab oxumaq gözə xeyirlidir. Mütaliə zamanı gözlər mütəmadi hərəkətdə olur və bu hərəkətlər göz üçün faydalıdır.

Ümumiyyətlə son zamanlar dünya əhalisi getdikcə mioplaşır, insanlarda mənfi nömrə ortaya çıxmağa başlayır. Statistik məlumatlara görə 1960-cı illərdə dünya əhalisinin 15%-i miopiyadan əziyyət çəkirdisə, bu gün Avropa ölkələrində gənclərin 50%-i ,Asiya ölkələrində isə 90%-dən çoxu miopdur. Proqnozlara əsasən isə 2050-ci ildə dünya əhalisinin 50 %-i miopiyadan əziyyət çəkəcək. Bunun səbəbi kitab oxumaq deyil, şəhər həyatı, qapalı məkanlarda çox vaxt keçirmək, yaşıllığın azalması, gözün lazımi qida və vitaminləri ala bilməməsidir. Odur ki, uşaq kitab oxuyursa uzağı, yaxını pis görəcək fikri səhvdir. İllərlə mütaliə edib, lakin bu gün eynəyə ehtiyac duymayan insanlar var. O insanlardan biri də mənəm. Yəni, burada genetik faktorlar çox önəmlidir. Bir ailədə ana-ata eynək taxırsa, yeni nəslin də eynək taxacağı ehtimalı çox yüksəkdir. Qeyd etdiyim kimi şəhər yerlərində müəyyən çərçivələrdə olduğumuz üçün üfüqi görmürük və nəticədə uzağıgörmə çətinliyimiz yaranır. Şəhər sakinləri ilə kənddə yaşayanların görmə faizi arasındakı fərq araşdırmalar nəticəsində aydın olub. Bunun səbəbidir ki, bütün dünyada eynək istifadə edənlərin sayı getdikcə artır.

-Müsahibə üçün təşəkkür edirik.

Uzman Dr. Oftalmoloq-cərrah Emil Yusifov

(070) 331-10-08 / (077) 331-10-08

https://www.instagram.com/dremilyusifov/?hl=ru

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sahibə Qafarova: Dövlətimizin başçısı İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçildiyi gün ölkəmizin tarixində xüsusi yer tutur

Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb

Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb

Mərkəzi Bank: Əbu-Dabi Kommersiya Bankı və “UBS Asset Management”la maliyyə sektorunun inkişaf meyilləri müzakirə edilib

FAO-nun nümayəndəsi: İnnovasiyalar fermerlərin problemlərinin həllinə kömək edə bilər

AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub

AQEM platformasında Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyi - ŞƏRH

Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

Antonio Quterreş: Biomüxtəliflik Yer kürəsində həyatın təməlidir

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

Qoşqar Təhməzli: 2027–2032-ci illər üçün Dövlət Proqramı fəaliyyətimizin yeni mərhələsini müəyyən edir

İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür

Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb

Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib

Konqratbəy Şaripov: Xankəndidə keçirilən Rektorlar Forumu birgə elmi tədqiqatlar üçün imkanlar yaradır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycan arasında birlik tarixi proseslərin nəticəsidir

AQTA sədri: Ölkəmizdə aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulur

“Sarı jiletlilər” yenidən səhnədə: Fransada kütləvi etiraz aksiyaları planlaşdırılır

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır VİDEO

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır VİDEO

Bakı Zirvəsi Azərbaycanın beynəlxalq dialoq və etimad məkanı kimi rolunu gücləndirir - ŞƏRH

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır VİDEO

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır VİDEO

Husilərin hökumət evinə hücumu nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb

Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb

Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir

Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu işə başlayıb

Deputat: Ərzaq təhlükəsizliyi regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır

BMT: Rəqəmsal texnologiyalar və demoqrafik dəyişikliklər sosial-iqtisadi bərabərsizlikləri dərinləşdirə bilər

Azərbaycan ilə Albaniya arasında turizm əlaqələri genişləndirilir

Azərbaycan və Özbəkistan gənclərini birləşdirən təhsil və mədəniyyət körpüləri - ŞƏRH

® “PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ - “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirilib

® “Birbank”da pul köçürmələrini “SİMA İmza” ilə təsdiqləmək mümkündür

Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır

Rəşad Məcid: VIII qurultaydan bəri Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub

SEPAH: Hörmüz boğazı Tehranın icazəsi olmadan açılmayacaq

2027-ci il üçün icmal büdcəsinin gəlirlərinin 5,9 faiz çox olacağı proqnozlaşdırılır

Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb YENİLƏNİB

Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır

Azərbaycan nefti 119 dollara satılır

Akademik Gövhər Baxşəliyeva: Məktəblərdə vahid geyim qaydalarına riayət hamımızın borcudur

Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub

Dünya Bankı Azərbaycana 100 milyon dollar özəl kapital cəlb edib

Azərbaycan Premyer Liqasında VIII tur start götürür

Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub

Qızıl və gümüş bahalaşıb

Birjalarda neft ucuzlaşıb

Ağdaş, Bərdə və Yevlaxın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İcmal büdcə kəsirinin 2030-cu ildə 442,2 milyon manat səviyyəsində olacağı gözlənilir

Süni intellekt və peşə təhsili: Şəkidə tələbələrin süni intellekt bacarıqları artırılır

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur VİDEO

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur VİDEO

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib VİDEO

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib VİDEO

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb

2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

Oktyabrın 16-sı Ümumdünya Qida Günüdür

Ermənistanın keçmiş prezidentlərinin münaqişə dövründəki fəaliyyəti hüquqi baxımdan araşdırılmalıdır - ŞƏRH

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırılabilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH