İQTİSADİYYAT
® “Kapital Bank” filiallarında “ASAN imza” almaq mümkün oldu
“Kapital Bank” mövcud korporativ müştərilərin, eləcə də bank hesabı açmaq üçün filiallara müraciət edən sahibkarların və hüquqi şəxslərin rahat xidmət almasını təmin etmək üçün daha bir yeniliyi təqdim edir. Belə ki, hesab açmaqla yanaşı, “ASAN imza” - gücləndirilmiş mobil elektron imzanı əldə etmək istəyənlər, vergi idarələrinə və “ASAN xidmət” mərkəzlərinə getmədən bunu “Kapital Bank” filiallarında həyata keçirə bilərlər. Korporativ müştərilərlə bərabər, həmçinin həmin təşkilatlara aid fiziki şəxslər də (direktor, mühasib, təsisçisi və sair) “ASAN imza” əldə edə bilərlər. Hələlik bu xidməti “Kapital Bank”ın “Mərkəz”, “Yasamal”, “Gənclik”, “Nəsimi”, “Səbail” və “Xətai” filiallarında həyata keçirmək mümkündür. Bunun üçün müştərinin aktiv “Bakcell” və ya “Azerfon” (“Nar”) mobil nömrəsinin olması zəruridir. “ASAN imza” sahibi olan müştərilər müxtəlif əməliyyatlarını internet üzərindən həyata keçirə və sənədləri elektron formada imzalaya bilərlər. Bununla da müştərilər “Kapital Bank”ın Müştəri Bank sistemi vasitəsilə banka gəlmədən məsafədən bankçılıq xidmətinin üstünlüklərindən faydalanaraq bank əməliyyatlarını rahatlıqla icra edə bilərlər. Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: onlayn rejimdə biznes kart köçürmələri, əməkhaqqı kartlarına mədaxil, əməkhaqqı kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat və sair. Müştəri Bank sisteminə qoşulmaq üçün “https://onb-cb.kapitalbank.az/auth/login” linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25 faizədək güzəşt əldə etmək mümkündür.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.