® “NIKOIL Bank” beynəlxalq nüfuzlu bankirlərin iştirakı ilə “Sabahın bankçılığı” forumunu keçirib
Aprelin 6-da Bakı Konqres Mərkəzində müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin iştirakı ilə "NIKOIL Bank"ın müştəriləri və tərəfdaşları üçün "Sabahın bankçılığı" adlı iqtisadi forum keçirilib. Tədbirin əsas mövzusu maliyyə xidmətləri sahəsindəki beynəlxalq tendensiyalara həsr olunub.
"NIKOIL Bank"ın idarə heyətinin sədri Nikoloz Şurqaia qonaqları salamlayaraq deyib: "Bakıda 6 il çalışmış bir iqtisadçı və beynəlxalq bankir kimi, hazırda Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlardan təsirləndim. Dünya Bankının "Doing Business 2019" reytinqində 25-ci yer diqqətçəkicidir. Ancaq bu, Azərbaycanın böyük region üçün beynəlxalq səviyyədə görkəmli biznes və investisiya məkanına çevrilməsi yolunda sadəcə bir addımdır. Müştərilərimizi və tərəfdaşlarımızı beynəlxalq tendensiyalardan doğan dəyişikliklərə daha yaxşı hazırlamağımıza kömək etmək üçün öz təcrübələrini bizimlə bölüşəcək natiqlərə minnətdarlığımı bildirirəm. Bankımızın hər bir komanda üzvü və mənim üçün müştərilərimiz, tərəfdaşlarımız ən başda olacaq və sizə ürəklə xidmət etməyə davam edəcəyik. Hədəfimizi bu cür ifadə etmişik: sadə kommunikasiya üslubu ilə həllər tapmaq, təbəssümlə və səmimiyyətlə işləmək".
Tədbirdə ABŞ, Böyük Britaniya, Almaniya, Belarus, Gürcüstan və beynəlxalq maliyyə təşkilatlarını təmsil edən nüfuzlu maliyyəçilər və bankirlər "Sabahın bankçılığından nələr gözlənilir?", "Rəqəmsal eranın əsas çətinlikləri hansılardır, müəssisə və banklar onları necə həll edir?", "Dünya maliyyə bazarlarında baş verən dəyişikliklər yerli bazarlara necə təsir edir?", "Gələcəkdə müştəri təcrübəsi necə olacaq?" mövzularında çıxışlar ediblər.
"NIKOIL Bank" Azərbaycanda əhali və müəssisələr üçün 25 ildir xidmət göstərən maliyyə müəssisəsidir. Qabaqcıl beynəlxalq təcrübə əsasında dəyişilən və yenilənən bank ən yaxşı maliyyə xidmətləri əldə etmək istəyən hər kəsin bankına çevrilməyi hədəfləyir.