® PAŞA Holding “Holberton School Azerbaijan” məktəbinə dəstəyini davam etdirir
Son bir neçə il ərzində PAŞA Holding və “Holberton School Azerbaijan” arasında əməkdaşlıq Azərbaycanda texnoloji insan kapitalının inkişafına, gənclərin əmək bazarının tələblərinə uyğun praktiki bacarıqlar qazanmasına və yerli texnologiya ekosisteminin güclənməsinə töhfə verib.
“Holberton School Azerbaijan”ın fəaliyyəti PAŞA Holding və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) birgə dəstəyi ilə həyata keçirilir. Əməkdaşlıq çərçivəsində həyata keçirilən təşəbbüslər daha çox gəncin müasir texnologiya sahələrində inkişaf imkanlarına çıxış əldə etməsinə, yeni texnoloji istedadların yetişdirilməsinə və onların real əmək bazarı ilə əlaqələrinin gücləndirilməsinə yönəlib.
İl ərzində “100 faiz təqaüd səni çağırır!” proqramına 6400-ə yaxın müraciət olub, 249 nəfər hazırda təhsilini davam etdirir. “Generative AI” təqaüd proqramında isə 224 nəfər proqramı uğurla tamamlayaraq məzun olub. Praktiki bacarıqların inkişafına yönəlmiş fəaliyyətlər çərçivəsində 6 hackathon keçirilib və 132 layihə təqdim edilib.
PAŞA Holding və “Holberton School Azerbaijan” arasında 2023-cü ildə başlayan əməkdaşlıq bu gün də Azərbaycanda yeni nəsil texnologiya istedadlarının yetişdirilməsi və onların ekosistemə inteqrasiyası istiqamətində davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.09.2026 [18:39]
İspaniyanın “Santander” bankının nümayəndələri ilə müzakirələr aparılıb
- 02.09.2026 [18:33]
® “Expressbank”da 2 yeni təyinat olub
- 02.09.2026 [18:08]
Sabah Abdulla Rəhimov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
- 02.09.2026 [18:01]
® ABB-dən yaşıl enerji layihələrinə agent bank dəstəyi!
- 02.09.2026 [17:48]
Qızılın qiyməti üç həftənin minimumuna enib
- 02.09.2026 [16:58]
Hərracda 28 avtomobil satılıb
- 02.09.2026 [16:56]
“Nizami” metrostansiyası qarşısında avtobus dayanacaq ərazisi uzadılıb
- 02.09.2026 [16:37]