CƏMİYYƏT
® “Ziraat Bank Azərbaycan” talassemiyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirib
Sosialyönümlü layihələrə fəaliyyətində hər zaman böyük önəm verən “Ziraat Bank Azərbaycan” bu dəfə də talassemiyadan əziyyət çəkən uşaqlara dəstək oldu. Belə ki, Azərbaycan Talassemiya Federasiyasının dəstəyi ilə Milli Hematologiya və Transfüziologiya Mərkəzinin nəzdində Mərkəzi Qan Bankının təşkilatçılığı ilə Bankın baş ofisində talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası təşkil olunub.
Bankın Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində həyata keçirilən bu layihə 14 İyun - Ümumdünya Qan Donoru Gününə həsr edilib və “Qan ver-yaşat” şüarı ilə həyata keçirilib. Qanvermə aksiyasında Bankın Baş ofis və filial əməkdaşları iştirak edib. Aksiya zamanı donorlardan toplanılan qan yoxlanılaraq talassemiyadan əziyyət çəkən uşaqların istifadəsinə təqdim ediləcək.
Məlumat üçün qeyd edək ki, talassemiya dünyanın bir çox ölkəsində rast gəlinən irsi qan xəstəliyidir. Bu xəstəlikdən əziyyət çəkən uşaqlar hər ay qan köçürülməsinə ehtiyac duyurlar.
“Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 2014-cü il 30 dekabr tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın feysbuk, instaqram, tviter, linkedin, yutub sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.