® Mərkəzi Gömrük Hospitalı Onlayn Şəxsi Kabinet xidmətini təqdim edir
Mərkəzi Gömrük Hospitalı pasiyentlərin tibbi xidmətlərdən daha rahat və operativ yararlanması məqsədilə Onlayn Şəxsi Kabinet xidmətini təqdim edir.
Xidmət vasitəsilə pasiyentlər laborator analizlərin və radioloji müayinələrin nəticələrini Onlayn Şəxsi Kabinet xidmətlərindən istifadə etməklə əldə edə bilərlər. Onlayn Şəxsi Kabinetdən yararlanmaq üçün pasiyentlər Mərkəzi Gömrük Hospitalının rəsmi internet səhifəsinə daxil olaraq “Onlayn Şəxsi Kabinet” bölməsini seçməlidirlər.
Sistemə giriş zamanı L-kart nömrəsi, doğum tarixi və təhlükəsizlik kodu daxil edilir. Giriş həyata keçirildikdən sonra pasiyent kabinetdə laborator analiz nəticələrinə və radioloji müayinələrin cavablarına baxa və onları əldə edə bilər.
L-kart nömrəsi necə əldə edilir?
Onlayn Şəxsi Kabinetə giriş üçün tələb olunan L-kart nömrəsi Mərkəzi Gömrük Hospitalının Qeydiyyat şöbəsindən əldə edilə bilər.
Pasiyentlərin xidmətdən daha rahat istifadə etməsi üçün Onlayn Şəxsi Kabinetin istifadə qaydalarını ətraflı izah edən videobələdçi təqdim edilir. Videoda sistemə giriş, kabinetdən istifadə və müayinə nəticələrinin onlayn əldə edilməsi mərhələləri ardıcıl şəkildə nümayiş etdirilir.
Onlayn xidmətlə bağlı hər hansı sual və ya texniki çətinlik yarandıqda pasiyentlər (012) 404 08 08 nömrəsi ilə Mərkəzi Gömrük Hospitalının Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Mərkəzi Gömrük Hospitalı pasiyentlərin rahatlığının təmin edilməsi, tibbi xidmətlərin əlçatanlığının artırılması və rəqəmsal səhiyyə imkanlarının inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.