"AZTELEKOM" YENİ OBYEKTLƏR İSTİFADƏYƏ VERƏCƏKDİR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi 15 iyun - Qurtuluş günü ərəfəsində bir sıra rabitə obyektləri istifadəyə verəcəkdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, Ucar Telekommunikasiya Qovşağının mərkəzi ATS-ində DS-200 tipli, 4000/1170 nömrə tutumlu EATS istifadəyə veriləcək və Ucar şəhərinin telekommunikasiya şəbəkəsinin tam elektronlaşdırılması başa çatdırılacaqdır. Bundan əlavə, Ağcabədi rayonunun Cəfərbəyli, İmişli rayonunun Qızılkənd, Boşçalılar, Yardımlı rayonunun Vərgədüz, Bərdə rayonunun Şahvəlilər, Qusar rayonunun Bala Qusar , Sabirabad rayonunun Qaratəpə və Həşimxanlı kəndlərində və digər yerlərdə elektron ATS-lər istifadəyə veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:22]
® “AZEXIM CLUB”ın TOP-50 üzvü dövlət və hökumət başçıları ilə gorüşəcəklər
- 10.06.2026 [14:53]
Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub
- 10.06.2026 [14:40]
® SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
- 10.06.2026 [13:32]