"Bakcell" dünyanın 14 ölkəsində 4G rouminq xidmətini aktivləşdirib
Bakı, 4 iyul, AZƏRTAC
"Bakcell" şirkəti yüksək sürətli LTE mobil interneti təqdim etməsinin ardından qısa müddət ərzində dünyanın 14 ölkəsində 4G rouminq xidmətini aktivləşdirib. Bu ilin may ayında smartfonlara uyğunlaşdırılmış LTE xidmətini istifadəyə verən "Bakcell" şirkəti hazırda Azərbaycanda abunəçilərə 4G rouminq xidmətlərini təqdim edən yeganə mobil operatordur.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, "Bakcell" abunəçiləri ölkə xaricində olarkən yüksək sürətli 4G LTE xidmətlərindən yararlana biləcəklər. Bundan əlavə, 4G rouminq xidmətindən istifadə üçün qiymətlər 3G xidmətində olduğu kimi qalacaq. Hazırda "Bakcell" abunəçiləri ümumilikdə 168 ölkədə 417 mobil operatorun şəbəkəsində rouminq xidmətindən istifadə edə bilirlər. Xarici səfərdə olanlar "Bakcell" rouminq applikasiyasından istifadə etməklə bütün tərəfdaş rouminq ölkələrində və operatorlarında zəng, SMS və internet qiymətləri və cari rouminq kampaniyaları haqqında məlumatları əldə edə, eyni zamanda, "Bakcell"lə onlayn əlaqə yaradaraq dəstək ala bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]