"Bayer"in müdafiəçisi: "Qarabağ" kifayət qədər keyfiyyətli oyun nümayiş etdirdi - EKSKLÜZİV
Bakı, 8 mart, AZƏRTAC
"Qarabağ" kifayət qədər keyfiyyətli oyun nümayiş etdirdi".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Almaniyanın "Bayer" komandasının müdafiəçisi Conatan Tah UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.
Almaniya millisinin üzvü bildirib ki, görüş onlar üçün asan keçməyib: "Qarşımızda çox istəkli komanda var idi. Fikrimcə, "Qarabağ" yaxşı qurulmuş kollektivdir. Bizə qarşı da kifayət qədər əla oyun nümayiş etdirdilər".
28 yaşlı futbolçu "Qarabağ"a qarşı doğma meydandakı oyunun da asan keçməyəcəyini söyləyib: "Məqsədimiz növbəti mərhələyə vəsiqə qazanmaqdır. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Doğma meydanda azarkeşlərimizi sevindirmək istəyirik. Tofiq Bəhramov adına Respublika Stadionundakı atmosfer də əla idi".
Qeyd edək ki, "Qarabağ" "Bayer"lə cavab qarşılaşmasını martın 14-də Leverkuzendə keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur
- 09.10.2026 [10:25]
Azərbaycan Premyer Liqasında VII tura start verilir
- 09.10.2026 [09:59]
Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq
- 08.10.2026 [23:03]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:39]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [20:00]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:43]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [19:24]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:20]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [19:18]