"Bölüşdükçə artan sevgi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Bakı, 31 may, AZƏRTAC
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Azərbaycan Uşaqları İctimai Birliyinin (AUİB) təşkilatçılığı ilə “Bölüşdükçə artan sevgi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, AUİB-nin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin layihə çərçivəsində balaca sakinləri tərəfindən hədiyyələr hazırlanıb. Uşaqların zövqünü oxşayan və bir-birindən maraqlı oyuncaqlar Ağdam və Füzuli rayonlarında yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqlara paylanılıb.
Layihənin əsas məqsədi Mərkəzin uşaqları tərəfindən hazırlanmış hədiyyələri regionlarda yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqlara çatdırmaqla onları sevindirmək və sevginin paylaşdıqca artdığını göstərməkdir.