"Nə? Harada? Nə zaman?" intellektual yarış keçirilib
Bakı, 4 noyabr, AZƏRTAC
Bakı Gənclər Mərkəzinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 44 günlük Vətən müharibəsinin Zəfər gününə həsr olunmuş "Zəfər kuboku" adlı "Nə? Harada? Nə zaman?" intellektual yarış keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, yarış gənclərin intellektual bilik və dünyagörüşünün möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə təşkil olunub.
Yarışda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universitetinin komandaları öz mübarizələrini aparıb.
Çətin və əzmkar, eləcə də maraqlı keçən yarışın sonunda Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti ilk yerləri tutublar.
Sonra xatirə şəkli çəkilib.