"Neftçi"-"Şkupi" matçının birinci hissəsində hesab açılmayıb
Bakı, 27 avqust, AZƏRTAC
UEFA Avropa Liqasının birinci seçmə mərhələsi çərçivəsində keçirilən “Neftçi” (Bakı) - "Şkupi" (Şimali Makedoniya) oyunun birinci hissəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, "Bakcell Arena"da qarşılıqlı hücumlar şəraitində keçən matçın birinci hissəsində hesab açılmayıb.
Görüşü Latviyadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Aleksandr Qolubevdir. Ona yan xətt hakimləri Raimonds Tatriks və Jevgenijs Morozovs kömək edirlər. Dördüncü hakim funksiyasını Artis Kenins yerinə yetirir.
Matçın qalibi ikinci təsnifat mərhələsinə vəsiqə qazanacaq.
Matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanır.