"Qarabağ" - “Frayburq” oyununda birinci hissə başa çatıb
Bakı, 3 noyabr, AZƏRTAC
Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin altıncı turu çərçivəsində keçirilən "Qarabağ" - “Frayburq” oyununda birinci hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçda Ağdam təmsilçisi fasiləyə 0:1 hesabı ilə məğlub yollanıb. Almaniya klubunun heyətində oyunun 25-ci dəqiqəsində penaltidən Nils Petersen fərqlənib.
Qrupun digər oyununda "Olimpiakos" Yunanıstanda Fransanın "Nant" klubunu qəbul edir. Oyunda hesab açılmayıb.