"Yüksək Texnologiyalar Parkı"nda “Startap şirkətlərin dəyərləndirilməsi” adlı təlim keçiriləcək
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 7-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Yüksək Texnologiyalar Parkı"nın dəstəyi ilə "Startap şirkətlərin dəyərləndirilməsi" adlı təlim keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Bakı Fond Birjası ilə birgə "Yüksək Texnologiyalar Parkı"nda təşkil ediləcək təlim "Borsa İstanbul"un Marketinq və Satış Departamentinin müdiri Adnan Serhat Görgün tərəfindən aparılacaq.
Təlim "Şirkət dəyərləndirilməsi üçün alətlər və yollar", "Startap dəyərləndirilməsi üçün xüsusi metodlar ", "Startap maliyyələşməsi üçün alətlər", "Startap şirkətin dəyərləndirilməsi ilə bağlı nümunələr", "Dəyərləndirmədən sonrakı prosedur: startapların IPO-ya hazırlığı" kimi mövzuları əhatə edəcək.
Təlim noyabrın 7-də saat 10:00-dan 14.00-dək (Ünvan: Nizami küç. 203B., AF Business House, 3-cü mərtəbə, Bakı, Azərbaycan) davam edəcək.
Təlimdə iştirak etmək istəyənlər noyabrın 5-dək https://www.eventbrite.com/e/company-valuation-for-start-ups-by-adnan-serhat-gorgun-tickets-29013052822 linkində qeydiyyatdan keçə bilərlər. Təlim ingilis dilində keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]
Milli domen adlarında Azərbaycan hərflərindən istifadə olunacaq
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]