Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
Brüssel, 15 iyun, AZƏRTAC
Belçika hökuməti ABŞ və İran arasında əldə olunan anlaşma memorandumunu alqışlayaraq, bunun Yaxın Şərqdə sabitliyin möhkəmlənməsi istiqamətində mühüm addım olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, xarici işlər naziri Maksim Prévot razılaşmanın regionda sülhün təmin olunmasına, o cümlədən Livandakı vəziyyətin yaxşılaşmasına töhfə verəcəyini vurğulayıb.
Belçika, eyni zamanda, dünya ticarəti üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazı üzərindən gəmiçiliyin tezliklə bərpa olunacağına ümid etdiyini açıqlayıb. Prévot qeyd edib ki, ölkəsi boğazda qeyd-şərtsiz və maneəsiz naviqasiya azadlığının təmin edilməsinə dəstək verməyə hazırdır.
Nazir, həmçinin danışıqlarda vasitəçilik edən Pakistan, Qətər və digər tərəflərin səylərini yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu razılaşma region və İran üçün yeni siyasi mərhələnin başlanğıcı ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]