Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb
Bakı, 15 iyun, AZƏRTAC
Portuqaliyanın Montemor-u-Velyu şəhərində keçirilən kayak və kanoe üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi Boqdan Kurudz növbəti uğura imza atıb.
AZƏRTAC xəbər verir ki, 35–39 yaş kateqoriyasında çıxış edən idmançı birnəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışda bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Xatırladaq ki, bu, Boqdan Kurudzun eyni çempionatda qazandığı ikinci qızıl medaldır. Kanoeçi iki gün əvvəl birnəfərlik kanoe qayığında 500 metr məsafəyə yarışda da Avropa çempionu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [21:05]
Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda ikinci hissə başlayıb
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]