Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək
London, 15 iyun, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Kir Starmer 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin 2027-ci ilin yazından qadağan ediləcəyini bir daha açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Baş nazir Dauninq Stritdə çıxışı zamanı sosial medianın uşaqların xoşbəxtliyinə mənfi təsir göstərdiyini, onları zorakılıq və təhqirlərə daha açıq vəziyyətə saldığını bildirib. K.Starmerin sözlərinə görə, sosial media platformaları istifadəçiləri uzun müddət ekranda saxlamaq üçün hazırlanıb və bu, uşaqların psixi sağlamlığına zərər vura bilər.
“Valideyn olaraq mən də bütün valideynlər kimi övladlarımın xoşbəxt və təhlükəsiz olmasını istəyirəm. Uşaqların təhlükəsizliyi və rifahı məsələsində güzəştə getməyəcəyik”, - deyə Baş nazir vurğulayıb.
O qeyd edib ki, hökumət bu məsələdə artıq analoji qadağa tətbiq etmiş Avstraliyanın təcrübəsini öyrənib. Baş nazir əlavə edib ki, hökumət onlayn oyun xidmətləri və canlı yayım platformaları ilə bağlı da daha sərt tənzimləmə tədbirləri həyata keçirməyi planlaşdırır. Təklif parlament tərəfindən təsdiqlənərsə, “TikTok”, “YouTube” və digər sosial media platformalarından 16 yaşdan kiçik şəxslərin istifadəsinə qoyulan qadağa 2027-ci ilin yazından qüvvəyə minəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]