Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
London, 15 iyun, AZƏRTAC
Londonda fəaliyyət göstərən Britaniya Avropa Azərbaycan Məktəbi (BEAS) tərəfindən Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunmuş ikinci şahmat turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir məktəbin valideynlərinin, Azərbaycan diasporunun nümayəndələrinin və ölkəmizin Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə təşkil edilib. Səfir Elin Süleymanov turniri rəsmi olaraq açaraq, iştirakçılara uğurlar arzulayıb.
Turnirdə məktəbin şagirdləri və Azərbaycan icmasının üzvləri də daxil olmaqla 20-yə yaxın iştirakçı mübarizə aparıb.
Qaliblərə mükafatlar və sertifikatlar təqdim olunub.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London