"Sabah"ın yeni idman direktorunun adı məlum olub
Bakı, 15 iyun, AZƏRTAC
Son iş yeri Litva klubu "Lietkabelis" olan Lukas Qrabauskas "Sabah"ın idman direktoru vəzifəsini icra edəcək.
AZƏRTAC xəbər verir ki, Qrabauskas idman menecmenti və skautinq sahəsində geniş biliyə sahibdir. Son səkkiz il ərzində o, "Lietkabelis" klubunda çalışıb. Bu dövrdə klub Litvanın ən güclü komandaları arasında daim öz yerini qoruyaraq FIBA Çempionlar Liqası (BCL) və Avropa Kuboku kimi beynəlxalq turnirlərdə müntəzəm olaraq iştirak edib.
Karyerasının əvvəlində isə Qrabauskas dünya səviyyəli NBA və Avroliqa klublarında staj keçərək beynəlxalq təcrübəsini daha da genişləndirib.
"Sabah" kimi iddialı bir kluba qoşulmaqdan həqiqətən böyük həyəcan duyuram. Klubun hədəfləri yüksəkdir. Komandanın davamlı inkişafına və uğuruna töhfə vermək üçün əlimdən gələni edəcəm. Birlikdə klubu və onun azarkeşlərini uğurla təmsil edən rəqabətli bir komanda qurmağa çalışacağıq." - deyə Qrabauskas bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [21:05]
Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda ikinci hissə başlayıb
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]