A VİTAMİNİ KÖRPƏLƏR ARASINDA ÖLÜM HALLARINI AZALDIR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, A vitamini inkişaf etməkdə olan ölkələrdə yeni doğulmuş körpələrin həyatını xilas edə bilər. Con Hopkins Blumberq səhiyyə məktəbinin pediatrları 6 aya çatmamış körpələr arasında ölüm hallarının A vitamini sayəsində 15 faiz azaldığını qeydə almışlar.
Körpə doğulandan dərhal sonra A vitamini aldıqda ömrünün ilk ilində orqanizminin infeksiyalara qarşı müqaviməti artır. Tibbi icmala Banqladeşin kənd rayonlarından 15 mindən yuxarı uşaq haqqında məlumat daxil edilmişdir. Cənub-Şərqi Asiyada yerləşən bu ölkədə körpələrin 90 faizindən çoxu ev şəraitində dünyaya gəlir.
Körpə doğulan kimi onun ağzına A vitamini damcıladırdılar. Vitamin körpə orqanizmini Cənubi Asiyada uşaqlar arasında əksər ölüm hallarının səbəbkarı olan çox təhlükəli infeksiyalardan qoruyaraq, körpələr arasında ölüm hallarını azaltmışdır. Amerika həkimləri gələcəkdə Nepal və Afrika ölkələrində də körpələrə və 5 yaşınadək uşaqlara əlavə A vitamini təyin etmək niyyətindədirlər.
Dünya Səhiyyə Təşkilatının nümayəndələri hesab edirlər ki, bu tədbir yoxsul ölkələrdə uşaqların sağlamlığını yaxşılaşdırmağın ən səmərəli vasitələrindən biri olub, hər il Asiyada 300 min körpənin həyatını xilas etməyə imkan verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]