Abadlıq-quruculuq işləri Sumqayıtın ətraf qəsəbələrini də əhatə edir
Sumqayıt, 9 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri ətraf qəsəbələri də əhatə edir. Son illər Corat qəsəbəsində sakinləri narahat edən bir çox problemlər aradan qaldırılıb. Yolların asfaltlanması, infrastrukturun yenilənməsi istiqamətində xeyli iş görülüb.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, abadlıq-yenidənqurma işləri çərçivəsində bu günlərdə Corat qəbiristanlığının ətrafındakı ərazidə abadlıq işləri aparılıb, ərazi tullantılardan təmizlənib.