Abdulla Şaiqin Mənzil-Muzeyində “Qələbəmizi yaşadanlar” adlı tədbir keçirilib
Bakı, 30 oktyabr, AZƏRTAC
Oktyabrın 30-da Abdulla Şaiqin Mənzil-Muzeyində II Qarabağ müharibəsinin ildönümü - Zəfər bayramı münasibətilə “Qələbəmizi yaşadanlar” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir 44 günlük müharibənin qəhrəmanlarına, onların keçdikləri zəfər yoluna və bizə yaşatdıqları qələbəyə həsr edilib.
Vətən müharibəsinin veteranları, onların ailə üzvləri, şəhid ailələrinin üzvləri, kitabxana və muzey əməkdaşları, musiqiçilər, məktəblilər, KİV nümayəndələri iştirak etdiyi tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru Ülkər Talıbzadə, Mədəniyyət Nazirliyinin Muzeylər və daşınan mədəni irs sektorunun müdiri Altun Mikayıllı, II Qarabağ müharibəsinin iştirakçısı baş leytenant Vüqar Muxtarov və başqaları Vətən müharibəsi ilə bağlı öz fikirlərini bölüşüblər.
Tədbirin bədii hissəsində II Qarabağ müharibəsində dastana dönən “Xudayar” təsnifi ifa edilib, vətənpərvərliyi vəsf edən şeirlər söylənilib, slayd-şou göstərilib.
Sonda müharibə veteranlarına muzeyin xatirə hədiyyələri təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]