Abdulla Yamin Maldiv Respublikasının yeni prezidenti olmuşdur
Bakı, 18 noyabr (AZƏRTAC). Maldiv Respublikasında keçirilən prezident seçkilərinin ikinci turunun qalibi sabitlik və demokratiya naminə işləyəcəyini vəd etmişdir.
Seçici səslərinin təqribən 51,5 faizini toplayan Milli Alyansın lideri və banisi Abdulla Yamin noyabrın 17-də and içmişdir.
A.Yamin 30 il ölkəyə rəhbərlik etmiş Mömün Abdul Qayumun qohumudur.
Qalibin əsas rəqibi, sabiq prezident və müxalifətin lideri Məhəmməd Naşid seçkiqabağı kampaniyanın favoriti olmasına baxmayaraq, 48,5 faiz səs toplamışdır.
M.Naşid nəticələr elan olunduqdan dərhal sonra məğlubiyyətini qəbul etmişdir.
Cəmi 336 min əhalisi olan Maldiv Respublikasında prezident seçkiləri sentyabrın 7-də keçirilmişdir. Lakin Maldiv Ali Məhkəməsi oktyabrın 19-da səsvermənin nəticələrini ləğv etmişdir, çünki 5,5 min bülleten yararsız sayılmışdır. Birinci turu ikinci dəfə keçirmək lazım gəlmişdir.
Maldivdə prezident birbaşa ümumi səsvermə yolu ilə 5 il müddətinə seçilir.
Maldiv Respublikası Hind okeanının 1190-dan çox adanı əhatə edən şimal-qərb hissəsində arxipelaqdır. Həmin adaların 280-i məskundur.
Bu barədə məlumatı “Euronews” telekanalı yaymışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]