ABŞ ALİMLƏRİ ELMƏ SİYASİ MÜDAXİLƏYƏ ETİRAZ EDİRLƏR
Sakit Okean İnkişaf, Ətraf Mühit və Təhlükəsizlik Tədqiqat İnstitutunun başçısı doktor Piter Qlayk demişdir: “Yaxşı elmsiz yaxşı ictimai siyasət yeritmək çox çətin olduğu kimi, yaxşı ictimai siyasəti pis elmlə yeritmək ondan da çətindir. Son illər elmdən qərəzli məqsədlə istifadə etmək halları artmışdır. Qlobal iqlim dəyişiklikləri, beynəlxalq təhlükəsizlik və ya su ehtiyatları kimi mühüm sahələrdə elmi işlərin keyfiyyətsiz aparılması qeydə alınmışdır”.
Narahat Alimlər İttifaqının nümayəndəsi Maykl Halpernin sözlərinə görə, siyasi müdaxiləyə qarşı etirazı müxtəlif siyasi baxışlara malik alimlər dəstəkləmişlər. Bəyanatı həm Respublikaçılar, həm də Demokratlar partiyalarından olan elmi müşavirlər də dəstəkləmişlər. İttifaq ümidvardır ki, ABŞ Konqresinin yanvarda işə başlayacaq yeni heyəti elmi tədqiqatların şəffaflığının qorunmasına daha diqqətlə yanaşacaqdır.