ABŞ, AVSTRALİYA VƏ YUNANISTANDA TƏBİİ FƏLAKƏTLƏR BAŞ VERMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 8-də Yunanıstanda Rixter cədvəli ilə 6,5 bal gücündə zəlzələ baş vermiş, iki nəfər həlak olmuş, 100-dən çox adam yaralanmışdır.
Yeraltı təkanların episentri Afinadan 199 kilometr qərbdə yerləşən Peloponis adasında olmuşdur. Seysmoloqlar təkanların təkrar olunacağını bildirmişlər.
ABŞ-ın mərkəzi və şərq rayonlarında isə daşqınlar nəticəsində 8 nəfər həlak olmuşdur. Meteoroloqların məlumatına görə, İndiana ştatında daşqın daha güclü olmuşdur. Sinoptiklər bildirmişlər ki, yaxın bir neçə gündə yağışlar davam edəcəkdir. Minlərlə adam ev-eşiyini tərk etmişdir.
Avstraliyanın qərbində 12 mindən çox ev işıqsız qalmışdır. Güclü qasırğa yüzlərlə ağacı kökündən qoparmış, elektrik xətlərini dağıtmışdır. Küləyin gücü saatda 125 kilometrə çatmışdır. Yaxın günlərdə hava şəraitinin pisləşəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]