ABŞ-da əhalinin yarıdan çoxu koronavirus əleyhinə tam vaksinasiyadan keçib
Bakı, 7 avqust, AZƏRTAC
ABŞ-da əhalinin 50 faizdən çoxu koronavirus əleyhinə tam vaksinasiyadan keçib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ağ evin pandemiya statistikası üzrə direktoru Sayrus Şahpar özünün tviter səhifəsində yazıb. O, həmçinin proses iştirakçılarını bu tempi saxlamağa çağırıb.
Sayrus Şahparın sözlərinə görə, bu həftə ərzində sutkalıq vaksinasiya hallarının sayı öncəki həftə ilə müqayisədə 11 faiz artıb. ABŞ-ın Xəstəliklərə Nəzarət və Onların Profilaktikası üzrə Mərkəzi son həftə ərzində orta hesabla gündə 699 min peyvənd vurulduğu barədə məlumat yayıb. Ümumilikdə isə ölkədə 165 milyondan çox insan koronavirus əleyhinə tam vaksinasiyadan keçib, 193 milyon insan isə azı bir doza peyvənd vurdurub.
Qeyd edək ki, ABŞ-da vaksinasiya kampaniyasında “BioNTech/Pfizer”, “Moderna” və “Janssen” peyvəndlərindən istifadə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
- 17.10.2026 [09:54]
“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]