DÜNYA
ABŞ-da seçki məntəqələri əməkdaşları təhdidlərlə üzləşiblər
Vaşinqton, 5 noyabr, AZƏRTAC
ABŞ-da seçki məntəqələri əməkdaşlarının üzləşdiyi çoxsaylı təhdidlər fonunda təhlükəsizlik tədbirləri gücləndirilib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə “ABC News” Nyu-York polisinin daxili sənədinə istinadla bildirib.
Qeyd edilib ki, təhdidlər tək əməkdaşlara deyil, məmurlara, seçki qərargahlarına və obyektlərinə də ünvanlanıb. Mümkün təhdid kimi fiziki zorakılıq, yandırma, kiberhücum, xarici ölkələrin fəaliyyətləri də daxil olmaqla dezinformasiya kampaniyaları sadalanıb. Bildirilir ki, bu ilin avqustundan bu yana Federal Təhqiqatlar Bürosuna seçki məntəqələri işçilərinə qarşı təhdidlə bağlı 2000-dən çox müraciət daxil olub, 100-dən çox araşdırma başladılıb və 20-dən çox insan qanun pozuntusuna görə ittiham olunub.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton