ABŞ-da yeni neft yataqlarının işlənməsi üzrə beşillik plan hazırlanır
Bakı, 12 may (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, ABŞ administrasiyası sualtı neft yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə beş il müddətinə (2012-2017-ci illər) nəzərdə tutulan geniş əhatəli plan tərtib etmək niyyətindədir. Həmin planda BP şirkətinin Meksika körfəzindəki neft platformasında baş vermiş qəzanın dərsləri nəzərə alınacaqdır.
Hökumətin Konqresə göndərdiyi məlumatında deyilir: “İctimaiyyətin cəlb edilməsi ilə işlənib hazırlanan planda şelfin hansı rayonlarının işlənilmək üçün icarəyə verilməyə yararlı olması göstəriləcəkdir. Bundan əlavə, administrasiya artıq indiki vaxtda əlyetərli olan resursları da öyrənir.
Yaxın vaxtlarda aparılmış tədqiqat nəticəsində məlum olmuşdur ki, icarəyə verilmiş sahilyanı yataqların ərazisinin təqribən 70 faizi mənimsənilmir və işlənilmir.
Həmin rayonların üzə çıxarılmamış potensialını nəzərə almaqla administrasiya bu sahələrin vaxtında və məsuliyyətlə işlənməsi üçün bir sıra tədbirlər görür”.
Sənəddə qeyd edilir ki, ABŞ ərazisində neft hasilatı prosesinin optimallaşdırılması və onun səmərəsinin artırılması ilə əlaqədar tədbirlər energetika sahəsində geniş strategiya çərçivəsində həyata keçirilir.
Bu strategiyanın vəzifələri neft ixracından asılılığı azaltmaq və istehlakçıları müdafiə etməkdir.
Məlumatda deyilir: “Bu strategiyada, başqa məqamlarla bərabər, yeni yataqların icarəyə verilməsi prosesinin hərtərəfli ölçülüb-biçilməsi, neftin sızması hallarına hazır olmaq və mövcud yataqların daha səmərəli işlənilməsi nəzərdə tutulur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [12:53]
Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib
- 09.09.2026 [12:39]
Fransada yanğınsöndürənlər tətilə başlayıblar
- 09.09.2026 [12:27]
BMT: Təhsil müəssisələrinə hücumların sayı rekord həddə çatıb
- 09.09.2026 [11:59]
Çində sabiq qubernator 21,8 milyon dollarlıq rüşvətə görə edam olunacaq
- 09.09.2026 [11:30]