ABŞ HÖKUMƏTİ DƏRİN SULARDA NEFT-QAZ QUYULARININ QAZILMASI QAYDALARINI SƏRTLƏŞDİRMİŞDİR
Bakı, 3 oktyabr (AZƏRTAC). ABŞ hökuməti Meksika körfəzində bu yaxınlarda baş vermiş fəlakətdən sonra dərin sularda neft-qaz quyularının qazılması qaydalarını sərtləşdirmişdir. Ölkənin daxili işlər naziri Ken Salazar bu yeniliklər barədə məlumat vermişdir.
Söhbət quyuların sement məhlulu ilə möhkəmləndirilməsindən, hasiledici platformaların təhlükəsizliyini təmin edən avadanlığın quraşdırılmasından, habelə suyun dərinliklərində aparılan işlərə dair layihələrin gerçəkləşdirilməsi çərçivəsində konstruksiyaların keyfiyyətinin yaxşılaşdırılması kimi yeni standartlardan gedir.
Bu zaman neft operator şirkətləri təhlükəsizlik sahəsində müstəqil qiymətləndirmə aparılması tələblərinə dair mövcud qaydaların yerinə yetirilməsindən əlavə insan amili ilə əlaqədar obyektlərdə baş verə biləcək potensial təhlükəli vəziyyətlərin qarşısının alınması üçün tədbirlər planı da hazırlamalıdırlar. Bu zaman Salazar qaydaların yaxın aylarda daha da sərtləşdiriləcəyinin gözlənildiyi barədə xəbərdarlıq etmişdir.
Nazir administrasiyanın atdığı addımları “təcavüzkar islahat” adlandırmışdır. Onun sözlərinə görə, bu tədbirlər şirkətlərin kontinental şelfdə qazma zamanı təhlükəsizliyin qorunması və ətraf mühitin mühafizəsi sahəsində məsuliyyətini daha da artırmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.05.2026 [17:11]
Ukrayna ordusunun Baş qərargahı Novorossiyskə hücumun detallarını açıqlayıb
- 23.05.2026 [14:28]
Zelenski: Ukrayna Rusiyanın hərbi müəssisəsinə zərbə endirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın FIFA referiləri beynəlxalq oyunlara təyinat alıblar
- 22.05.2026 [23:04]
103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb
- 22.05.2026 [22:56]